vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0981 AZN
Rusiya rublu 1 RUB = 0.0279 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3933 AZN
Türk lirəsi 1 TRY = 0.4202 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
23:11 | 7 dekabr 2017 | Cümə axşamı Məqaləyə 746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dörd icra başçısı səksəkədə

Xaləddin İsgəndərov, Ramiz Yediyarov, Alimpaşa Məmmədov və Rəcəb Babaşovun yuxusu ərşə çəkilib...

E.HÜSEYNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan rayonların icra başçılarının yuxusuna haram qatıb.

İlk növbədə F.Məmmədovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov çıxılmaz duruma düşüb. 2015-ci ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanmasından sonra bilinmişdi ki, binaya tezalışan üzlük onun icazəsi və tələbi ilə vurulub. Lakin  həmin dövrdə X.İsgəndərov yanğın olayında yaxasını kənar saxlaya bilmişdi. Halbuki ilk sorğu-suala tutulmalı olan şəxs məhz Xaləddin İsgəndərov idi. Məlum idi ki, Xaləddin İsgəndərovun istintaqdan kənar qalması böyük və əsas nazirliklərdən birinə başçılıq edən qohumunun xahişlərinə söykənir. Həmin vaxt binadakı yanğının külünə binanın üzlənməsi işini həyata keçirmiş «Global Stone» şirkətinin təsisçisi Miryusif Mahmudovu «bulaşdırdılar». M.Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib, ortaya icra başçısının imzası ilə sənəd də çıxarıldı.

Həbsə göndərilənlərdən biri də X.İsgəndərovun 1-ci müavini işləmiş Qəzənfər Novruzov oldu. Onun həbsinin X.İsgədərovun ikinci plana keçirilməsi üçün atılan addım olduğu da bilinirdi. Həmin dövrdə F.Məmmədovun qohumu X.İsgəndərov yanğın olayından başqalarını qurban verməklə çıxarıldı. İndi isə Fazil Məmmədov vəzifəsini itirib, onun özü ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

Uzun illər F.Məmmədov onun «qubernatorluğuna» daxil olan rayonların icra başçılarını qohumu Xaləddin İsgəndərovun üzərindən idarə edirdi. Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Yardımlının icra başçısı Rəcəb Babaşov vaxtilə vergilər sistemində yüksək postlar tutmuşdular. Hazırda gecəsi-gündüzünə qarışan başçılardan biri də Gədəbəyin icra başçısı, sahibkarların qəniminə çevrilən Ramiz Yediyarovdur.

Fazil Məmmədovun vəzifəsindən qəfil çıxarılmasından sonra R.Yediyarovu kabinetində çox pəjmürdə görüblər. Yada salaq ki, Ramiz Yediyarov icra başçısı təyin olunan qədər Şəmkir rayon Vergilər Şöbəsinin rəisi postunu tuturdu. Sabiq vergilər nazirinin daha bir kadrı Qazaxdan Yardımlıya icra başçısı göndərilən Rəcəb Babaşovdur. R.Babaşov icra başçısı postuna Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi vəzifəsindən gətirilib. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu ilə qudadır.

R.Babaşovun Sabirabadda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə böyük mal-mülk sahibidir. R.Babaşovun MTN generalları ilə münasibətlərini tənzimləyən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi olmuş, hazırda «MTN işi» ilə bağlı həbsdə olan Vidadi Məmmədov idi. Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi haqda iddialar da vardı. Fazil Məmmədovun bu kadrının da adı sahibkarlara qarşı qanunsuzluqlarda keçir. Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşovun avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var və s. ticarət obyektləri var.

Sabiq vergi nazirinin daha bir kadrı Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdur.  Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmış A.Məmmədov 2014-cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, nazirlikdə ən müxtəlif vəzifələrdə işləyib və F.Məmmədovun «vuran əli» sayılıb. Hələ 2014-cü ildə musavat.com yazmışdı ki, Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Hazırda Fazil Məmmədovun kadrları olan icra başçıları təşviş içindədirlər. Yaxın günlərdə F.Məmmədovun taleyinin necə olunacağı bilinəcək və icra başçılarının da fərmanı verilmiş olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *