vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
15:34 | 8 dekabr 2017 | Cümə Məqaləyə 2858 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin Əsəddə israr etmir

Rusiya qoşunlarının Suriyadan niyə tələsik çıxarmaq tapşırılıb...?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Suriyadan qoşunların əsas hissəsinin tezliklə çıxarılmasını tapşırıb. Virtualaz.org xəbər verir ki, bu haqda İtaliyanın «La Stampa» qəzeti diplomatik qaynaqlara istinadən yazır.

Rusiya prezidentinin tapşırığına əsasən qoşunlar Suriyadan mart ayında keçiriləcək prezident seçkilərinə qədər çıxarılmalıdır. Putin xarici işlər naziri Sergey Lavrova bu məqsədə nail olmağa imkan verən həll yolları tapmağı tapşırıb.

Bu həll variantlarını tapmaq üçün isə Suriyada Rusiyanın sayəsində hakimiyyətdə qalan Bəşər Əsədin rolunu müəyyən etmək lazımdır. Kremlin patronajlığı altında formalaşdırılan Suriya Xalqları Konqresi çərçivəsində aparılan danışıqlarda Bəşər Əsədin sonrakı taleyinə dair hansı qərarın qəbul olunacağından çox şey asılıdır. Qəzet yazır ki, Putinə Dəməşqdə öz marionetkası lazımdır, lakin bunun Bəşər Əsəd, yaxud başqa biri olacağı onun üçün elə də kritik əhəmiyyət daşımır. Ona görə də siyasi nizamlamaya nail olmaq üçün Moskva Bəşər Əsədin müəyyən mərhələdən sonra hakimiyyətdən əl çəkməsi ssenarisinə razılıq verə bilər. İran isə əksinə, Bəşər Əsədi nəyin bahasına olursa olsun hakimiyyətdə qalmasını istəyir.

Diplomatik mənbələrə görə Lavrov hazırda Astanada başladılmış siyasi nizamlama prosesinə üstünlük verir, lakin Moskvanın daha bir variantı var-Cenevrədə BMT-nin eqidası altında başladılmış prosesin imkanlarını yenidən nəzərdən keçirmək. Bu, daha geniş beynəlxalq tanınmaya imkan verərdi və Suriyadakı bərpa proseslərinə ərəb ölkələrini də cəlb etməyin yolunu açardı.

Qəzet yazır ki, indi Lavrovun qarşısında dayanan məsələ Putinin təzyiqi ilə Cenevrə prosesinə geri qayıtmaqdır. Hansı ki, Cenevrə prosesinə əsasən Suriyanın gələcəyi Bəşər Əsədlə qurula bilməzdi. Beləliklə, Suriyada Rusiya ordusu qalib gəlsə də bu hələ tam qələbə deyil. Suriya böhranından siyasi çıxış yolu tapmaq mürəkkəb məsələdir. Və bu məsələdə Putin ABŞ prezidenti Donald Trampa etibar edə bilməz. Hansı ki, Tramp Putinlə sonuncu telefon danışığında ona Suriyada siyasi nizamlama məsələsi ilə məşğul olmayacağı haqda birbaşa deyib.