vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 24 may 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0016 AZN
Rusiya rublu 1 RUB = 0.0276 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2805 AZN
Türk lirəsi 1 TRY = 0.3709 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
18:53 | 8 dekabr 2017 | Cümə Məqaləyə 528 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənab Şulsun verdiyi xüsusi …

… Yaxud Avropa Birləşmiş Ştatları olacaqmı?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Almaniya sosial-demokratlarının (SPD) lideri Martin Şuls (Martin Schulz) Angela Merkelin partiyası ilə koalisiyanın yaradılması üçün «qırmızı xətlərin» müəyyən edildiyini deyib.

Lakin bundan da mühümü budur ki, Şuls SPD-nin Berlində keçirilən qurultayında 2025-ci ilədək «Avropa Birləşmiş Ştatlarının» yaradılmasına çağırıb.

Cənab Şuls bildirib ki, partiyasının Angela Merkellə danışıqlara daxil olması üçün bir neçə şərtlər qoyulacaq. Bunlar - daha yaxşı sosial-təminat sisteminin yaradılması və yanacaq kimi kömürdən birdəfəlik əl çəkilməsidir.

«Biz nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəmirik, - Şuls deyib, - Lakin biz eyni zamanda nəyin bahasına olursa-olsun, hakimiyyətdən imtina etmək fikrində də deyilik».

Bunun ardınca SPD üzvləri böyük səs çoxluğu ilə partiya rəhbərliyinin Angela Merkelin Xristian Demokrat İttifaqı (CDU) partiyası ilə koalisiya danışıqlarına başlamasına icazə veriblər.

Bu da bildirilir ki, yeni koalisiyanın iki forması ola bilər. Birinci halda sosial-demokratlar hakimiyyətə birbaşa daxil olurlar və «böyük koalisiya» yaranır, ikinci halda isə formal koalisiya razılaşması əldə olunur. Bu halda SPD koalisiya hökumətinə daxil olmasa da, parlamentdə hökumətin müəyyən təkliflərinə qarşı çıxmamaq öhdəliyi götürür.

Almaniyada bir aydan da artıqdır ki, yeni hökumətin təşkil edilə bilməməsi Avropa boyunca narahatlığa səbəb olub. Məhz buna görə də Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Aleksis Tsipras Şulsa şəxsən müraciət edərək onu xanım Merkellə dil tapmağa çağırmışdılar.

SPD lideri bu çağırışları nəzərə alsa da, işarə edib ki, Almaniya daha dörd il bütün Avropanın yükünü çəkə bilməz. Buna görə də o, Avropa ölkələrinin "konstitusiya müqaviləsi" bağlamalarını təklif edib. Onun fikrincə, bu müqavilə Avropanı federal prinsiplər üzərində qurmaq imkanı verəcək.

«The Guardian» yazır ki, Şulsun bu çağırışı xanım Merkel və başqa Avropa liderləri tərəfindən o qədər də isti qarşılanmayacaq.

Amma Şuls deyib ki, Avropa İttifaqını faktiki olaraq bir dövlət şəklində birləşdirəcək konstitusiya müqaviləsini imzalamayan ölkələr avtomatik olaraq Aİ-dən çıxmış sayılacaqlar.

SPD lideri sosial təminat, təhsil və bərpa olunan enerji sahələrinə daha çox vəsait qoyulmasını təklif edib.

Məqalədə deyilir ki, SPD üzvlərinin koalisiya danışıqlarına icazə vermələrinə baxmayaraq, partiya qurultayı təşkilatın Merkellə dərin fikir ixtilaflarını ortaya qoyub.

Şuls öz partiyasının seçkidə ən zəif nəticəsinə görə partiyadaşlarından üzrxahlıq edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *