vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:02 | 8 dekabr 2017 | Cümə Məqaləyə 2438 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Halkbank»ı böyük cərimələr gözləyir

Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

«Economist» məcmuəsi yazır ki, Nyu-York federal məhkəməsində davam edən proses Türkiyə hökumətinin sıralarında əsl panika əhval-ruhiyyəsi yaradıb. 34 yaşlı qızıl taciri Rza Zərrab bu məhkəmədə ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğunu etiraf edib, amma bu işdə ona Türkiyənin «Halkbank» dövlət bankının vasitəçilik etdiyini bildirib.

Zərrab ABŞ-ın bank sistemindən istifadə etməklə çirkli pullaırn yuyulması sxemində prezident Ərdoğanın iştirakını da iddia edib.

«Economist» yazır ki, hazırda ABŞ-da təhqiq olunan cinayət işi 2013-cü ildə Türkiyədə prokurorların başlatdığı antikorrupsiya araşdırmasından çox az fərqlənir. O vaxt Türkiyədə bu iş üzrə elə həmin bu Zərrabdan başqa, üç kabinet nazirinin övladları və «Halkbank»ın baş meneceri həbs olunmuşdular.

Onda da indiki kimi Zərrab İran qazı satışından əldə olunan çirkli pullara qızıl alıb Dubayda satmaqda ittiham edilirdi.

Amma o vaxt Ərdoğan bu təhqiqatı Fəthullah Gülənin islamçı hərəkatının gizli çevriliş cəhdi kimi qiymətləndirmiş, məhkəmə prosesləri dayandırılmış, prokurorlar və polis rəisləri vəzifələrindən qovulmuşdular. Bunun ardıca Ərdoğan hökuməti korrupsiyada iştirakı iddia edilən nazirlərin övladlarını və Zərrabı həbsxanadan azad etmişdi.

«Economist» yazır ki, Ərdoğan hələlik ölkə daxilində öz reputasiyasını media üzərinə qoyduğu senzura ilə qorumağa çalışır.

Zərrab Amerika məhkəməsində iqtisadiyyat naziri Zəfər Çağlayana 60 milyon dollar rüşvət verdiyini və Ərdoğanın Türkiyənin iki bankına bu əməliyyatda iştirak üçün göstəriş verdiyini iddia edəndən dərhal sonra ölkənin bütün böyük qəzetlərində dərc olunan məqalələrə senzura qoyulub.

Ərdoğan ailəsinin ofşorlarda milyonlarla dollar gizlətdiyini iddia edən müxalifət liderinin çıxışının canlı yayını dayandırılıb.

Buna baxmayaraq, Türkiyə iqtisadiyyatını və bank sistemini riskdən qorumaq daha çətin olacaq. Əgər ABŞ məhkəməsində ittihamlar üzrə hökm çıxarılarsa, «Halkbank»ı böyük cərimələr gözləyə bilər.

Nomura bankın iqtisadçısı İnan Demir deyib ki, cərimənin azı 5 milyard dollar olacağını təxmin etmək olar. Bu, «Halkbank»ın bazar qiymətindən iki dəfə çoxdur.

Dekabrın 5-də etdiyi çıxışda Ərdoğan ABŞ-da davam edən məhkəmə prosesini özünə qarşı «beynəlxalq çevriliş cəhdi» kimi qiymətləndirib.

Türkiyənin xarici işlər naziri isə iddia edib ki, Fəthullah Gülənin adamları Amerikanın məhkəmə sisteminə soxula biliblər.

Bu arada Türkiyə prokurorları Zərrabın təyyarəsi və malikanəsi də daxil 80 milyon dollarlıq əmlakının müsadirəsinə sanksiya veriblər.

«Economist» yazır ki, bütün bunlara baxmayaraq, Türkiyənin Amerikadan təyin edilən cərimələri ödəməkdən başqa çarəsi qalmaya bilər.

Son bir ildə milli valyuta çəkisinin onda birini itirib. Cərimələrin ödənməsi lirəni ümumiyyətlə dəyərdən sala bilər.

Məqalədə deyilir ki, Ərdoğanın Amerika ilə davası hələ irəlidədir.

"Hələlik lirə onun hakimiyyətinin yeganə dayağıdır" -Türkiyədə bir bank eksperti deyib.