Putinin növbəti prezidentliyi Azərbaycana nə vəd edir?
Nə böyük inkişaf, nə də ciddi problemlər …
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
“Əl atılacaq son çarədir”
Putin artıq Ukraynadan çıxmağı müzakirə edir
-
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
-
“Ağlımızı itirməmişik”
Putin: “Rusiya heç bir şəraitdə nüvə silahından istifadə edən ilk tərəf olmayacaq”
-
Niyə “Moskviç” yox, “Mercedes”?
Rusiya prezidentinin geyimi və sürdüyü avtomobil sosial şəbəkələrdə gündəm oldu
-
300-dən 10-lara düşdü
Rusiya aviasiyasının əməliyyatları niyə azalıb?
-
Kabayeva göründü ...
Uzun aradan sonra ortaya çıxan idmançının aksesuarı gündəm oldu
-
Makron Putinə göz vurdu
Fransa prezidentinin açıqlaması onu dünyanın nəzərində rəzil duruma saldı
-
Bəxti gətirməyən Putin
Cəbhədən yeni ilə qədər xoş xəbər gözlənilmir
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Medallı xörəkpaylayan ...
... və ya Orxan Camal cinayəti
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
-
Beş gün ərzində ikinci zəng
Paşinyandan əvvəl Əliyevlə məsləhətləşmə ...
Vladimir Putin gələn il prezidentliyə yenidən namizəd olacağını açıqladı. Bu beynəlxalq aləm və Azərbaycan üçün nə deməkdir? Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Putin ölkəsində yüksək reytinqə malikdir. O elə birinci turda qələbə qazanacağına ümid edir. Putinin rəqibləri zəifdir və indiki durumda Rusiyada prezident seçkisində ciddi rəqabətin olacağını gözləmək mümkün deyil.
Putin baş nazir olduğu dövrdə, yəni 2008-ci ildə Gürcüstan torpaqlarını, prezident olduğu illərdə, yəni 2014-cü ildə isə Ukrayna torpaqlarını işğal etdi. Bu iki hadisədən sonra Qərb ölkələrinin Rusiya hakimiyyəti ilə münasibətləri xeyli gərginləşdi. Putinin dünyada dostları azdır, onunla müttəfiq olan dövlət başçıları belə Kreml sahibinin siyasətindən ehtiyat edirlər. İndinin özündə Vaşinqton Moskva ilə münasibətlərinin normallaşması üçün bu şərti irəli sürür: «Krım Ukraynaya geri qaytarılmalıdır».
Aydındır ki, nə qədər ki, Vladimir Putin prezident olacaq Rusiya Krımı Ukraynaya geri qaytarmayacaq. Ümumiyyətlə Rusiyada bundan sonra da prezidentliyin kimliyindən asılı olmayaraq Krımın Ukraynaya geri qaytarılması problematikdir. Deməli, belə vəziyyətdə ABŞ-Rusiya münasibətləri normallaşmayacaq, Qərbin Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılmayacaq. Əlaqələr və görüşlər olacaq, ancaq Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı əməkdaşlıq mümkün olmayacaq. Yalnız Avropanın bir neçə ölkəsi Krımın işğalına rəğmən, Putinlə əməkdaşlığa maraq göstərəcəklər. Ancaq həmin ölkələrin liderləri də Brüsselin xəbərdarlıqları ilə hesablaşmaq məcburiyyətindədirlər.
Putinin növbəti dəfə namizədliyini prezidentliyə irəli sürməsi Azərbaycanda da ciddi müzakirə olunur.
Birincisi, rəsmi Bakı Kremllə münasibətlərə xüsusi önəm verir və bu münasibətləri maksimum normal səviyyədə saxlamağa çalışır.
İkincisi, Rusiya Azərbaycan kənd təsərrüfatı məhsulları üçün əsas bazardır.
Üçüncüsü, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və qazandıqları gəlirin bir hissəsini Azərbaycan yaşayan ailələrinə göndərirlər.
Dördüncüsü, Rusiyanın işğalçı Ermənistana böyük təsir imkanları var və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas vasitəçidir.
Ona görə də Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin dəyişib-dəyişməyəcəyi Azərbaycan üçün vacibdir. Putin prezident olduğu dövrdə iki ölkə arasındakı münasibətlər stabil qalacaq, nə böyük inkişaf, nə də ciddi problemlər olacaq. Putin növbəti illərdə də Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır. Putin Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarına malikdir. O, bu siyasəti bundan sonra da davam etdirəcək.
Putinin Azərbaycanda səfir təyinatına reaksiyası da maraqlıdır. Vladimir Putin 9 ildən sonra Azərbaycandakı səfir Vladimir Doroxini Georgi Zuyevlə dəyişmək qərarına gəldi. Rəsmi Bakı bu qərardan narazı qaldı. Çünki deyilənlərə görə Georgi Zuyev Rusiyanın separatçı Abxaziyada maraqlarını təmsil edib və separatizmə dəstək verən açıqlamalar səsləndirib. Bakı belə bir səfirin Azərbaycanda işləməsinin əleyhinə çıxdı. Kuluar söhbətlərində hətta rəsmi Bakının Zuyevə aqreman verilmədiyi də açıqlandı. Bundan sonra Rusiya XİN-dən açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Bu hələ yekun qərar deyil. Ancaq hər halda Kremlin Zuyevin namizədliyində israr etməməsi Putinin Bakı ilə münasibətlərdə problem yaşamaq istəmədiyindən irəli gəlir. Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrov separatizmi dəstəkləyən birisini Azərbaycana səfir təyin etməməli idi. Onun səhvini Putin düzətlməyə çalışdı.