vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:10 | 11 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 3090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bank sektoru ilin əvvəlindən 16 faizdən çox kiçilib

Kredit portfelində isə bundan 2 dəfəyə yaxın azalma var

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan bank sektorunun cəmi aktivləri bu il noyabrın 1-nə 26 311,6 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatası xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 16,3 faiz azdır.

Bankların aktivlərinin 38,2 faizini və yaxud 10 056,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 10 ayda sektorun kredit portfeli 29,4 faiz kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,4 faiz azalaraq 23 216,6 milyon manata, o cümlədən depozit portfeli 4,7 faiz azalaraq 15 640,4 milyon manata düşüb. Bunun 7 250,2 milyon manatı fiziki şəxslərin, 8 390,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Yanvar-oktyabr aylarında əhalinin əmanətləri 2,45 faiz, şirkətlərin vəsaitləri isə 6,55 faiz azalıb.

İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 66,6 faiz azalaraq 566,6 milyon manata düşüb.

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 62,1 faiz artaraq 3 095 milyon manata çatıb.