vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
15:28 | 12 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2595 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əqrəblərlə dolu qızıl çanaq»

Qədim ərəb tarixçisinin Qüds haqqında maraqlı açıqlamalar

MÖVZU İLƏ ƏLAQƏLİ

«Economist» müsəlmanların Qüds dedikləri Yerusəlim barədə daha bir məqaləsində bu şəhəri, həm ilahi, həm dünyəvi, həm müqəddəs, həm də günahkar şəhər adlandırır.

Bu şəhər barədə Təlmudda belə deyilib: «Allah dünyanın on gözəlliyindən doqquzunu Yerusəlimə, qalanını dünyaya verib». «Amma bəzən adama belə gəlir ki, «Economist» yazır, Allah on iztirabdan doqquzunu Yerusəlimə, qalanını dünyanın qalan yerlərinə verib». Orta əsrlərin ərəb tarixçisi əl-Müqəddəsi bu müqəddəs şəhəri «əqrəblərlə dolu qızıl çanağa» bənzədir.

Tramp bu şəhəri İsrailin paytaxtı elan etməklə yalnız reallıqdan çıxış etdiyini, İsrail demokratiyasını şərəfləndirdiyini deyir, amma əslində onun bu addımı əqrəbin sancmasına bənzəyir.

İsrail paytaxtının bütün dünya tərəfindən tanınmaması ilə unikal bir ölkədir. Heç bir ölkə Yerusəlimdə səfirlik saxlamır. Bu qəribəlik tarixin məhsuludur. 1947-ci ildə BMT Britaniyanın mandatı altında olan Fələstinin bölünməsinə səs verəndə, elan etmişdi ki, bu şəhər nə ərəblərə, nə də yəhudilərə verilməyəcək və onun xüsusi statusu olacaq.

Lakin daha sonra İsraillə İordaniya arasında baş vermiş müharibədə şəhər ikiyə bölünmüşdü. Nəhayət 1967-ci il müharibəsində İsrail İordaniyanın əlində olan hissəsini də işğal etmişdi.

İsrail bu şəhərdəki ərəblərə xüsusi status versə də, hər şeyi edirdi ki, Qüds yəhudilərin «əbədi və parçalanmaz paytaxtına» çevrilsin.

1993-cü ilin Oslo sülh sazişində isə şəhərin gələcək taleyinin «yekun sülh razılaşmasında» həllini tapacağı bildirilirdi.

İndiyədək ABŞ Konqresi hər dəfə səfirliyin Yerusəlimə köçürülməsini tələb edər, prezidentliyə namizədlər isə bunu vəd etsələr də, Ağ Evə gələn kimi məsələni təxirə salardılar. Lakin Ağ Evə «yeni düşüncə tərzi» gətirdiyini iddia edən Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla İsrail və fələstinlilər arasında sülhə töhfə verdiyini deyib. Halbuki Tramp əvəzində heç bir güzəşt istəmədən şəhəri İsrailə hədiyyə edib. O bu addımı atarkən gələcək Fələstin dövlətinin heç adını da çəkməyib.

«Economist» yazır ki, cənab Tramp ehtimalın ərəblərin başlarının daha böyük böhranlara qarışdığını, Fələstin hayında olmadıqlarını düşünüb.

Məqalədə deyilir ki, ABŞ bu hərəkətlə amerikalılar üçün İsrail və fələstinlilər arasında istənilən razılaşmanın məqbul olduğunu demək istəyib.

Praktikada Birləşmiş Ştatlar bir çox başqa ölkələr kimi Yerusəlimi İsrailin paytaxtı qismində çoxdan tanıyıb. Müxtəlif ölkələrin hətta başçıları da bəzən bu şəhərdə İsrail nazirləri ilə rəsmi görüşlər keçirirlər. Yaxşı, əgər rəsmi tanıma çox az təfavüt edirsə, Tramp niyə belə bir addımı atıb?

«Economist» yazır ki, bu məsələnin Yaxın Şərq siyasətinə yox, Amerikanın daxilindəki siyasətə dəxli var. Tramp öz ölkəsində elektoratına verdiyi vədləri zorla yerinə yetirə bilir. Burada işə yarayan odur ki, Trampa səs verənlərin əksəriyyətinin ərəblərin zəhləsi gedirsə də, İsraildən xoşları gəlir.

Məqalədə deyilir ki, Trampın Yerusəlim məsələsinə toxunması, ümumiyyətlə lüzumsuz idi. Yerusəlim yekun sülh sazişinin baş tacı kimi axıra saxlanmalıydı.

Amma o, doğrudan da aləmi qarışdırıb radikal olduğunu sübut etmək istəyirdisə, onda gərək Yerusəlimdə bir yox, iki səfirliyin açılmasına sərəncam verəydi: İsrail səfirliyinin və gələcək Fələstin dövləti üçün səfirliyin. «Economist» yazır ki, bu, doğrudan da «yeni düşüncə tərzi olardı».