FED bu gün uçot dərəcəsini qaldırır
Bu qərar Azərbaycan manatına necə təsir edəcək?
Qubad İBADOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bizə kömək edin”
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
-
ABŞ bank sistemində təlatüm
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
-
“Şahin” açıqlamalar
FED rəsmilərinin bəyanatları və “DXY”
-
Qızılı silkələyən şayiələr
FED-in yumşalmaya gedəcəyi deyilir
-
İnflyasiya proqnozları üstələyib
ABŞ-da son 40 ilin ən yüksək səviyyəsi
-
Neft qiymətlərində sıçrayış gözlənilir
Dollar isə əksər valyutaları üstələyə bilər
-
Valyuta bazarında təlatüm
Dollar 28 ilin maksimumuna, funt-sterlinq isə 37 ildə minimumuna imza atıb
-
FED qərarının əks təsiri
Dünyanın əksər valyutalarının faiz dərəcəsi artırılacaq
-
FED qərarı dünyanı silkələyib
Qərardan sonra Azərbaycan cəmiyyətini düşündürən 3 sual meydana çıxdı
-
Birdən-birə 12.9 dollar
FED-in iclasından sonra qızıl bahalaşdı
-
Son 40 ildə ən yüksək inflyasiya
Apreldə 12 aylıq qiymət artımı səviyyəsi 6.3 faizədək qalxıb
-
Qızıl ucuzlaşacaq
Əgər FED ehtimal olunan qədər faiz artımına gedərsə...
-
Dolları və manatı nə gözləyir?
FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı
-
ABŞ-da FED dramı
Donald Trampın müstəqil olmalı quruma təzyiqləri davam edir
Dekabrın 13-də yerli vaxtla 14.30-da (Bakı vaxtı ilə saat 23.30-da) iki günlük müzakirədən sonra FED-in direktorlar şurasının sədri Canet Yellen mətbuat üçün açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq. Bazar müşahidəçilərinin proqnozlarına görə, FED-in uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaq. Hazırda investorları maraqlandıran əsas məsələlərdə biri də FED-in və digər Mərkəzi Bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək.
Məlumat üçün qeyd edim ki, bir qrup respublikaçı tərəfində hazırlanan və prezident Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə, 7 şkalalı (10 faiz, 15 faiz, 25 faiz, 28 faiz, 33 faiz, 35 faiz və ya 39.6 faiz) fərdi gəlir vergisinin 3 şkalaya (12 faiz, 25 faiz və 37 faiz) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. olacaq. Bu dəyişikliklər də ictimaiyyəti narahat edən əsas məqamlardan bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır.
Hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir.
ABŞ-ın neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır.
FED-in bu gün gözlənilən bəyanatının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır. Reaksiyalar müxtəlifdir. Belə ki, ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb.
Bu qərarın Azərbaycan manatının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki, Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.