vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BANK, BİRJA, SIĞORTA  
13:13 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 2752 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın gözü FED-də

AMB dekabrda dollar satışında rekorda yaxınlaşa bilər

N.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25 faiz artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin - bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik.

Qərarın Azərbaycana birbaşa təsiri yoxdur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizdən də yan keçməyəcək.

Məsələn, dekabr ayı Azərbaycan Mərkəzi Bankının (AMB) ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac keçirilib: 5 dekabr - 34 milyon 200 min, 7 dekabr - 55 milyon 050 min, 12 dekabr - 75 milyon 950 min dollar satılıb. Yəni ölkədə dollara tələbat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var - 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara tələbat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir.

Manata, hələ ki, ciddi təhlükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq.

Bu il bizdə neft hasilatı 6 faiz azalıb, amma qiyməti 35 faizə yaxın artıb, buna görə də hökumət rahat davranır. Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.

2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq...