vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DÜNYA  
13:17 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 2210 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Made in China» ...

ABŞ bu yarlıqda təhlükə görür - NİYƏ?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çin «İpək yolu» layihəsi ilə özünün iqtisadi sabitliyini təmin etməyə cəhd göstərir». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər ABŞ-ın dövlət katibi Reks Tillersona məxsusdur.

ABŞ rəsmisi deyib ki, ölkəsi Çinin iqtisadi inkişafına mane olmaq niyyətində deyil və bu inkişafın beynəlxalq iqtisadi normalar çərçivəsində davam etdirilməsində maraqlıdır: «Region ölkələri azad ticarət imkanından faydalanmalıdır və Çinin dünyaya öz qayda və normalarını qəbul etdirmək, habelə iqtisadi aqressiya vasitəsilə yüz milyonlarla insanı aclıq təhlükəsi qarşısında qoyma cəhdləri yolverilməzdir».

Bu arada Ağ Ev rəhbərinin milli təhkükəsizlik üzrə müşaviri Herbert Makmaster milli təhlükəsizlik üzrə dövlət strategiyasında Rusiya və Çinin ABŞ-a təhlükə yaradan dövlətlər arasında yer aldığını bildirib.

O bildirib ki, Rusiya və Çin qonşu dövlətlərin suveren hüquqlarını pozduğundan, onların atdığı addımlar dünyada sülh və sabitliyə ciddi təhlükədir.

H. Makmaster Rusiyanın yeni dövrün müharibəsini başladığını, məqsədinə nail olmaq üçün pozuculuq, dezinformasiya və təbliğat kimi vasitələrdən istifadə etdiyini və nəhayət, bu addımlarla ölkələri bir-birinə qarşı qoyduğunu da deyib.

Xatırladaq ki, əvvəllər dövlət katibi R. Tillerson anti-Rusiya sanksiyalarının Ukrayna məsələsinin həllinədək qüvvədə olacağını desə də, sonuncu bəyanatında bu məsələnin ABŞ-la Rusiya arasındakı münasibətlərin normallaşmasına yeganə maneə olmadığını söyləyib.