vaxtlı-vaxtında oxuyun! Bazar, 21 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9479 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2135 AZN
Türk lirəsi 1 TRY = 0.3020 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
14:24 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz bu qərara hazır idik».

Vitali Mutko: «Dopinqdən istifadə etməyən ölkə yoxdur, amma Rusiyanı cəzalandırırlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın bu günlər gen-bol tənqid edilən baş nazir müavini və keçmiş idman naziri Vitali Mutko «The Independent» qəzetinə verdiyi müsahibədə etiraf edir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hamıdan çox onu gözümçıxdıya salmasından dilxordur. Onu bildirir ki, belə fırtınalara və çətinliklərə az düşməyib, amma nəyə görəsə üzr istəmək fikrində deyil.

O etiraf edir ki, Rusiya idmanında dopinq olub, amma məhz Rusiyanın buna görə cəzalandırılmasında «geosiyasət sağlam düşüncəyə qalib gəlib».

Mutkonun sözlərinə görə, Rusiyada dopinqdən heç də başqa ölkələrdə olduğundan çox istifadə etməyiblər.

O deyir ki, Rusiyada dopinq qalmaqalına məsul olanların hamısı vəzifələrindən uzaqlaşdırılıb. Mutko israr edir ki, Rusiyada dövlət tərəfindən maliyyələşdirilən dopinqləmə sistemi olmayıb və BOK-un Rusiyanın 2018-ci il Qış Olimpiadasında iştirakını qadağan etməsinə heç bir əsas olmayıb.

Mutko müxbirdən xahiş edir ki, «bizim indi guya panikada olduğumuzu yazma, çünki biz panikada deyilik və biz bu qərara hazır idik».

İncidiyi hiss olunsa da, Mutko prezident Putinin BOK-un qərarına reaksiyası barədə danışmaq istəmir. Eləcə deyir ki, «prezident idmana çox bağlı adamdır və ölkənin bu sahədə fəal olmasını istəyir».

Mutko siyasətə Vladimir Putinin Sankt Peterburqundan gəlib. O, əvvəlcə siyasətçi yox, dənizçi olub. Onun əsl karyerası Sankt Peterburq meri Sobçakın müavini vəzifəsinə dəvət ediləndən başlanıb. Mutkonun Putinlə həmkarlığı da oradan start götürüb.

«The Independent» yazır ki, Mutko Putin hökumətində uğurlu idman naziri olub. Bu sahəyə böyük investisiyalar onun vaxtında yatırılıb.

Amma onun karyerasındakı yüksəklər çox yüksək, alçaqlıqlar çox alçaq olub. 2010-cu ilin Vankuver Qış Olimpiadasında Rusiya cəmi 15 medal qazana bilmişdi. Bu, Rusiyanın tarixində ən pis göstərici idi. Sonradan bəlli olmuşdu ki, nazir səhər yeməyi üçün dövlət kisəsindən 5 min dollar xərcləyib. Ardınca Şarapovanın meldonium qalmaqalı gəlib. İndi də bu. Dopinqə görə bütün Rusiyanın Olimpiadada iştirakı qadağan edilib.

Amma hər dəfə Putin stajlı həmkarına mərhəmət göstərib. Mutko «boynunun vurulacağının» gözləndiyi bir vaxtda, əksinə baş nazirin müavini vəzifəsinə yüksəlib.

Lakin Rusiya ictimaiyyəti prezidentdən fərqli düşünür. Son internet sorğusunda rəyi soruşulan rusiyalıların 90 faizi Mutkonun vəzifədən getməli olduğu qənaətindədir.

Mutko vəzifədə qalmasını normal hesab edir.

«Elə bilirsiniz ki, məni işdən çıxartsaydılar, problemlər həll olunacaqdı? Bizim idmançıları yarışlardan çıxarmayacaqdılar?» - Mutko deyir.

Lakin Rusiya antidopinq laboratoriyasının keçmiş başçısı, indi isə dopinq sirlərini faş edərək ABŞ-a qaçaq düşmüş Qriqori Rodçenkov «The New York Times» qəzetində dərc edilmiş gündəliklərində yazır ki, 2010-cu ilin uğursuz Vankuver Olimpiadasından sonra hər şey dəyişib. Rusiyada idmançıların dopinqlənməsi hökumət səviyyəsində həyata keçirilməyə başlayıb.

Rodçenkov deyir ki, o, məxfi xidmətlərin tapşırığı ilə idmançıların sidik nümunələrini dəyişdirib, idmançılar üçün «radara düşməyən» dopinq kokteylləri hazırlayıb.

Mutko Rodçenkov barədə suallara cavab vermək istəməyib. Eləcə deyib ki, onu nazir olanlar daha yaxşı başa düşərlər. Bir idman naziri kimi başını qaşımağa vaxtı olmayan zamanlarda o, kimyaçı Rodçenkovla hər gün necə görüşə bilərdi?

Buna baxmayaraq, BOK Rodçenkovun əksər iddialarını təsdiq edib.

Mutko isə deyir ki, Rodçenkova inanmaq olmaz, çünki o, bütün "sübutları" özü də qondara bilərdi.

Baş nazirin müavini deyir ki, öz mövqeyini hətta Britaniya məhkəməsinin qarşısında da müdafiə etməyə hazırdır.

Mutko üzr istəməsi üçün heç bir səbəb görmür.

«Məni düzgün başa düşün. Heç bir idmançıya onun razılığı olmadan dopinq vermək olmaz», - baş nazirin müavini deyir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *