vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
18:14 | 4 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2488 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AİF dəyirmi masa keçirdi

«İnternet medianın informasiya təhlükəsizliyi» müzakirə edilib

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Park İnn Hotelində Azərbaycan İnternet Forumu (AİF), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə «İnternet medianın informasiya təhlükəsizliyi» mövzusunda Dəyirmi Masa keçirilib.

AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi və əhəmiyyəti haqında məlumat verib. O, ölkədə artıq İnternet media infrastrukturun formalaşdığını və son dövrlərdə daha da inkişaf etdiyini vurğulayaraq İnternet media resursların dayanıqlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, hazırda İnternet media resurslarına metodiki, informasiya və texniki dəstəyin vacib olmasını diqqətə çatdırıb. Bu baxımdan yeni yaradılan ETM və Mətbuat Şurası ilə birgə tədbirin keçirilməsinin də bu sahənin həm dövlət və eləcədə qeyri-dövlət sektorunun diqqət mərkəzində olmasının və ölkə üçün aktuallığının göstəricisi olduğunu diqqətə çatdırıb.

Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev çıxış edərək ölkədə son dövrlərdə İnternetin xeyli inkişaf etdiyini bildirib. İnternet media sektorunun və İnformasiya təhlükəsizliyi sahəsinin inkişafının hökumətin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb. Bu baxımdan Prezident fərmanı ilə yeni yaradılan ETM-in onlayn media qurumlarının təhlükəsiz və dayanıqlı fəaliyyətində mühüm rol oynayacağını bildirib. O, tədbirin birgə təşkilatçılığının də mühüm əhəmiyyət kəsb etdiyini, adı çəkilən sahədə işlərin daha uğurlu olması üçün bu əməkdaşlığın xeyli faydalı olacağını vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək İnternet media sektorunun bu il Mətbuat Şurası üçün prioritet sahəyə çevrildiyini bildirib. O, cari ilin «İnternet media» ili olaraq qəbul edildiyini vurğulayıb. İnternet medianın ölkənin bütöv media infrastrukturunda önəmli bir sahəyə çevrildiyini, əhalinin xeyli hissəsinin İnternet media vasitəsilə informasiya əldə etdiyini diqqətə çatdırıb. O, İnternet media sektorunun gələcəkdə daha da inkişaf etdirilməsi üçün əlaqədar qurumlarla birgə ciddi tədbirlərin müəyyən edildiyini bildirib.

RİTN yanında ETM-in direktoru Faiq Fərmanov çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü və gələcək fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırdı. O, artıq ETM-də Qaynar Xətt sisteminin də işə salındığını bildirib. O, belə bir tədbirin keçirilməsinin də maarifçilik və metodiki informasiya dəstəyi baxımından ciddi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə ETM-in sektor müdiri və AİF üzvü Rəşad Əliyev «Kibertəhlükələr və onlardan qorunmaq yolları» ətrafında maraqlı təqdimatla çıxış edib.

Sonra mövzu ətrafında müzakirələr başlayıb. Müzakirələrdə MŞ-nın Komissiya sədri Elnur Baimov, MŞ İdarə Heyətinin və AİF-in üzvü Azər Həsrət, MŞ İdarə Heyətinin üzvü və «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Aznwes.az redaktoru Ramil Məmmədli, «Gənclərin Səsi» İnternet radiosunun redaktoru Azər Nəzərov, Vətəninfo.az resursunun redaktoru Nahid Canbaxışlı, MŞ sədrinin müavini Müşviq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının prezidenti Yadigar Məmmədli, Mediaforum.az xəbər portalının redaktoru İsmayıl İsmayılov, AİF üzvü və ekspert Elşad Yusifoğlu və başqaları çıxış ediblər. Çıxışlarda adı çəkilən mövzunun aktual olması, bu istiqamətdə artıq hökumət tərəfindən bir sıra addımların atıldığı diqqətə çatdırılıb. İnternet medianın təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə birgə tədbirlərin keçirilməsi vacib hesab edilib. Tədbirdə xəbər portalları və saytlarının redaktorları, dövlət və qeyri-dövlət sektorunun nümayəndələri, müstəqil ekspertlər iştirak edib.