vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
10:02 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2589 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın uğursuz «ərəb ssenariləri»

... Yaxud Suriyanı qələbə kimi «oformit» eləmək Putinin nəyinə lazımdır?..

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Hələ Rusiya özünün Suriyaya müdaxilə etməyə ilk təşəbbüslərində bulunarkən, ABŞ və müttəfiqləri də buna ciddi müqavimət göstərməyərkən çoxunun ağlına bir fikir gəldi: Suriya da Rusiya üçün növbəti «əfqan tələsi» olmayacaq ki?

Deyim ki, bu şübhələr indi də çoxunun, özü də peşəsi siyasi təhlilçilik olanların beynində dolaşmaqdadır. Qabağa qaçmaq kimi yozula bilsə də, Kreml strateqlərində də belə tərəddüdlər duyulur və güman, onları da növbəti «əfqan tələsi»nə düşmək qorxusu az narahat etmir.

Amma o da var ki, İran körfəzinin isti suları, Yaxın Şərq, hətta ondan azca kənardakı İstanbul, boğazlar-körfəzlər rus imperiyasının yüz illərlə qurduğu planların əsas hədəflərindəndir.

Azərbaycanın da bəxti onda gətirməyibdir ki, Tanrı onu bu yolların üstündə yaradıb və hər dəfə iftixarla «Azərbaycanımız Şərqlə Qərbin qapısıdır!» deyəndə unuduruq ki, bunun müsbətlərilə bahəm problemləri də vardır, necə ki, istənilən gözəlliyin pərəstişkarları kimi bədxahları olur.

Qayıdaq Rusiya və Suriyaya. Bu günlərdə prezident V.Putin Suriyadan qoşunların çıxarılması haqda əmr verdi. Amma elə Rusiyanın jurnalistlərinin yazılarından anlaşıldı ki, qoşunlar Suriyanı tamam-kamal tərk etməyəcək və iki rus hərbi bazası ölkədə qalacaqdır.

Bəs onda Putinin bəyanatı nə məqsəd güdürdü və Rusiya Suriyada nəyə nail oldu?

Müharibə xərc və canlı itki deməkdir. Xərc məsələsinin Rusiya üçün necə problem olması hamıya aydındır. Heç canlı itki də kiçik amil deyil, rusları Əfqanıstanı yada salmağa vadar edən səbəblərdəndir-imperiya və onun hədəfləri nə qədər cəlbedici olsa da, heç də hamı o hədəflərin uğrunda ölmək istəmir.

V.Putinin özünəsə bu, indiki zamanda qəti lazım deyil, çünki qarşıdan prezident seçkisi gəlir və xalq ondan israrla daha bir müddət prezident olmağı «xahiş edir». Bunun üçünsə prezidentə daha bir qələbə lazımdır ki, onu xalqın gözünə soxa bilsin...

Bundan başqa, dedik ki, uzaqlarda qoşun saxlamaq həm də böyük xərcdir. Bir daha qeyd edirik ki, həm bu, həm də Suriya adlı bataqlığa qurşaqdan artıq batmaq qorxusu hələ ki, Rusiyanı bir ayağını kənarda saxlamağa sövq edir. Putinə Yaxın Şərqdə yerləşmək üçün ilgək lazım idi və ona da nail oldu. İndi orada iki hərbi baza saxlamaq belə kifayətdir. Bilavasitə hərbi əməliyyatlara gəldikdə isə, Putin dedi ki, biz terrorçuları Xəzərin üzərindən atəş açmaqla da zərərsizləşdirərik...

O ki qaldı «nailiyyət»lərə, bəli, Rusiya Əsədi sözün əsl mənasında xilas etdi, Suriya prezidenti artıq məhv olmaq ərəfəsində idi.

Bu, məsələnin bir tərəfi... Əvvəldə də dedik ki, belə təsəvvürlər də dolaşır ki, guya Qərb özü Rusiyanın Suriyaya müdaxiləsində maraqlı idi və hətta onu şirnikləndirdi də...

Doğrusu, bu ehtimalları tam bölüşmürük, amma əvvəldə qeyd etdiyimiz kimi, istisna da etmirik.

Düşünürük ki, əslində nə region dövlətləri, nə də ABŞ Rusiyanın bura daxil olmasında maraqlı deyildi, bunda daha çox maraqlı V.Putin özü idi, çünki Suriyanın Krım məsələsini arxa plana keçirəcəyini zənn edirdi. Yadınıza gəlirsə, Rusiya ilə Türkiyə arasında bir ara ciddi təyyarə olayı da yaşandı. ABŞ, Türkiyə və ərəb dövlətləri ən azı bir məsələdə həmfikir idi:  Əsəd hakimiyyətdən getməlidir!..

Amma onlar Rusiyaya uduzdu. Sözsüz, burada ABŞ prezidenti ilə ölkənin «siyasət maşını» arasındakı ziddiyyətlər də az rol oynamadı. Bəzən siyasi liderlər ölkə siyasətini ciddi şəkildə dəyişməyə nail ola bilməyəndə belə, yenə həmin siyasətə möhürlərini vura bilirlər.

Burada da belə oldu. Trampla «siyasət maşını» arasındakı ziddiyyətlər ABŞ siyasətinin ətalətliyini artırdı. Ona görə «ABŞ və müttəfiqləri Suriya məsələsində ruslara uduzdu» deməkdən çəkinmirik.

Həm də İraq və Liviyada istənilən nəticə alınmadı. Ərəb və Afrika səhralarında demokratiya qurmaq mümkün olmadı, terrorizmin kökü kəsilmədi! Bilindi ki, Suriyada da ABŞ-ı eyni aqibət gözləyir. B.Obama da açıq deyirdi, «ərəb ssenariləri» uğursuz oldu.

Hətta bunlar da əsas deyil. D.Trampın Qüds qərarını «yəhudilərlə qohumluğ»u və yaxud da onun seçkiönü vədlərilə yozmağa gərək yox.

Əslində ABŞ indiyədək regionda öz birmənalı seçiminə problem yaradacaq maneələri zərərsizləşdirməklə məşğul idi!.. Nə isə, bu haqda artıq növbəti yazıda...