

Tramp da erməniləri məyus etdi
Lavrov ABŞ-Rusiya münasibətlərindən danışdı: “Tramp Putini Ağ Evə dəvət edib”
Şahin Cəfərli: «Trampın Ağ Evdəki 14 aylıq idarəçilik dövrünü bir kəlmə ilə belə xarakterizə etmək olar: xaos»
ABŞ-ın yeni tarifləri açıqlandı
ABŞ-ın metallara vergi tətbiqi valyutasının başında çatladı
Tramp da «ömürlük prezidentlikdən» danışdı
Merkel və Tramp telefonla danışıblar
Tramp ömürlük prezidentlik ideyasından cuşa gəlib
Tramp bərk qəzəbləndi, ticarət savaşı başlatdı
ABŞ Rusiyanın müdaxilə cəhdlərinə «zəif reaksiya verib»
Daha bir vəkil « ABŞ prezidentinin axırının çatdığını» deyir
Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı
ABŞ prezidenti silah satışına nəzarəti gücləndirməyi vəd edib
«Amnesty International»: «ABŞ prezidenti «təhlükəli presedent» yaradır»
Azərbaycan sərhədlərində müharibə başlayır
Maduro Trampı dialoqa çağırdı: «Vaxtını və yerini de ...»
«The Telegraph» qəzeti «MI6» Britaniya kəşfiyyatının keçmiş başçısına istinadən yazır ki, Donald Tramp barədə keçmiş Britaniya casusu tərəfindən hazırlanmış «çirkli dosyedəki» faktlar, «ehtimalən» «müəyyən həqiqəti» əks etdirə bilər.
«MI6» kəşfiyyat idarəsinin keçmiş casusu Kristofer Stilin (Christopher Steele) hazırladığı dosyeyə görə, Rusiyada ABŞ prezidentinə qarşı şantaj kimi istifadə oluna biləcək «ədəbsiz kompromat» var.
Keçmişdə Tramp bu dosyeni «saxta xəbər» adlandırıb və onun həqiqiliyi sual altına alınıb.
Lakin 1999-2004-cü illərdə «MI6»nın direktoru olmuş lord Riçard Dialav (Richard Dearlove) BBC-nin «Newsnight» proqramına deyib: «Düşünürəm ki, bu dosyenin məzmununda ehtimal olaraq müəyyən həqiqilik var… İndiki mərhələdə bundan artıq bir şey deyə bilmərəm…»
Bəzi iddialara görə, rusların əlində olan kompromat Trampın Moskva mehmanxanasına gətirtdiyi fahişələrlə bağlıdır. Dosyedə bildirilir ki, bu fahişələrə Barak və Muşel Obamaların vaxtilə yatdığı çarpayının üstündə sidiyə getmək göstərişi verilib.
Bu dosyedə həm də bildirilir ki, ABŞ seçkisi dövründə Trampın kampaniyası ilə Rusiya rəsmiləri arasında çoxsaylı əlaqələr mövcud olub.
Prezident Rusiya ilə hər hansı sövdələşməyə daxil olduğunu israrla inkar edir.
Avropa İttifaqı üzvlüyünə dair referendumda Avropadan çıxmağa səs vermiş lord Riçard deyib ki, Brexit səsverməsinə Rusiyanın müdaxilə etməsini göstərən dəlillər yoxdur, amma Moskvanın ABŞ seçkisinə təsirini göstərən dəlillər mövcuddur.
Lakin o əlavə edib ki, ABŞ seçkisinə müdaxilə Putin tərəfindən çox da müdrik hərəkət sayıla bilməz.
Bundan bir qədər əvvəl Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn (Michael Flynn) Federal Təhlükəsizlik Bürosu (FTB) müstəntiqlərinə Rusiya ilə əlaqələri barədə yalan ifadə verdiyini etiraf edib.
Oktyabr ayında xəbər verilmişdi ki, FTB müstəntiqləri keçmiş Britaniya agenti Stil ilə yay aylarında görüşüblər.
CNN xəbər vermişdi ki, FTB və ABŞ kəşfiyyatının xəfiyyələri Stil tərəfindən hazırlanmış dosyeyə çox ciddi yanaşıblar.
Bununla belə təhqiqat respublikaçı fiqurlar tərəfindən tənqid olunub və Trampın özü bu araşdırmanı «əcinnə ovu» adlandırıb.
Bu da xəbər verilir ki, cənab Stilin təhqiqatına və dosyenin hazırlanmasına Hillari Klintonun seçki kampaniyası maliyyə dəstəyi verib.
«Washington Post» xəbər verib ki, Klinton kampaniyasını təmsil edən vəkil Mark Elias (Marc Elias) Trampa qarşı dosyenin hazırlanması üçün «Fusion GPS» kəşfiyyat firmasına müraciət edib.
«Fusion GPS» isə bu dosyenin hazırlanmasını keçmiş Britaniya kəşfiyyat zabiti Stilə tapşırıb.
«Fusion GPS» firmasına bu iş üçün nə qədər pul ödəndiyi məlum deyil.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək