vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0981 AZN
Rusiya rublu 1 RUB = 0.0279 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3933 AZN
Türk lirəsi 1 TRY = 0.4202 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
12:52 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Minlərlə avtomobili geri çağıran şirkətlərin gizli planları

Reklam, yoxsa antireklam?

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Avtomobil Nəqliyyatı Federal İdarəsi təxminən 57,6 min «Volkswagen Touareg» avtomobilini geri çağırır. Onlardan 25,8 mini daxilə, qalanları isə digər ölkələrə satılan avtomobillərdir. Səbəb avtomobillərdə işlənmiş qaztəmizləyici sistemdə yaranmış nasazlıqdır. «Volkswagen» konserni artıq həmin avtomobillərin istehsalında lazımi dəyişikliyi etdiyini bildirib.

Ümumiyyətlə, bu kimi hallar müxtəlif avtomobil şirkətləri tərəfindən tez-tez yaşanır.  Bu ilin sentyabr ayında yayılan xəbərdə bildirilib ki,  «Volkswagen» hava yastıqları problemi səbəbindən  Çində 4,8 milyon avtomobili geri çağırıb.

Bu il eyni zamanda  «Mercedes», «Porsche», «Opel» və «Audi» Almaniyada 600-dən çox avtomobilini geri çağırıb.  Göründüyü kimi, kifayət qədər tanınmış markaların geri çağırılması halları baş verir. Bu kimi halların arxasında nə dayanır? Avtomobillər gerçəkdənmi geri çağırılır?

İlk olaraq onu qeyd edək ki, avtomobillərin geri çağırılması onların mühərrikinin nömrəsinə uyğun olaraq həyata keçirilir. Bu zaman həmin nömrələrə və məlumatlara əsasən, avtomobilin hansı ölkədə olduğu, onun sahibi müəyyənləşdirilir. Sahib müəyyənləşdirildikdən sonra isə  ona geri çağırılma haqqında məlumat verilir. Şirkətlər təcrübələrə görə bəzən modelin istehsalından bir neçə il sonra geri çağırma ilə bağlı məlumatı yayırlar. Belə olduğu halda isə beynəlxalq təcrübəyə görə avtomobil sahibinə onun avtomobili ilə eyni markada olan digər avtomobil verilməlidir. Yaxud da avtomobil sahibi bununla razılaşmırsa, o zaman ona kompensasiya təklif edilməlidir. Bütün hallarda şirkət müştərini razı salmalıdır.

Ancaq bu haqda araşdırma aparanlar, ekspertlər bildirirlər ki, əslində bəzi hallarda şirkətlər geri çağırma məsələsindən, sadəcə, bir oyun kimi istifadə edirlər.  Türkiyəli professor Mahmut Şahin bu məsələ ilə bağlı məqaləsində  reklama diqqət çəkir. Onun sözlərinə görə, avtomobil şirkətləri də bundan istifadə edirlər: «Bəzən görürsən ki, 3-4 ay ərzində hansısa şirkətin 700 min və ya milyondan çox avtomobili geri çağırması ilə bağlı xəbər alırıq. Onlar adətən hansısa detalda səhv etdikləri üçün bu addımı atdıqlarını bildirirlər. Çox adam belə məqamda deyir ki, halal olsun filan şirkətə. İstehsal etdiyi avtomobilin arxasında durur, problemini həll edir. Əslində isə məsələ bu qədər sadə deyil».

İqtisadçı Vüqar Bayramov hesab edir ki, burada reklamdan çox, antireklam elementləri var: «Doğrudur, düşünülə bilər ki, şirkət avtomobili geri çağırırsa, bu, onun öz işinə məsuliyyətli olmasından xəbər verir. Ancaq digər tərəfdən də bu, həm də o mənanı verir ki, şirkət geri çağırdığı avtomobilin sayı qədər səhv edib. Eyni zamanda söhbət istismarda olan avtomobillərin geri çağırılmasından gedir. Bu isə heç də az riskli deyil. Adətən şirkətlər tərəfindən avtomobil istehsal edildikdən sonra həmin maşınların əvvəlki modelinin sınağı və ekspertizası mərhələli şəkildə aparılır. O zaman isə həmin avtomobildə necə problemin olma ehtimalı müəyyənləşir. Bəzi hallarda bu, heç də o anlama gəlmir ki, birmənalı şəkildə geri çağırılan bütün avtomobillərdə həmin problemlər olur. Ancaq eyni zamanda geri çağırılan avtomobillərdə təbii ki, bu problemlərin olması riski də yüksəkdir. Azərbaycanda nə qədər avtomobilin geri çağırılması ilə bağlı hansısa bir statistika yoxdur. Ancaq bizim avtomobillərin Azərbaycana gətirilməsi və satışı ilə məşğul olan şirkətlərlə apardığımız sorğular göstərir ki, burada da belə hallar baş verir. Hətta bu cür məqamlar olduğu zaman müştərilərin avtomobili geri verməkdən imtina etməsi halı da var. Digər tərəfdən də işlənmiş avtomobillərin geri çağırılmasında texniki baxımdan çətinliklər mövcuddur. Çünki ölkəyə gələn avtomobillərin bir qismi Dubay və digər şəhərlərdən Azərbaycana idxal olunur. Eyni zamanda Almaniyadan gətirilən avtomobillərin də sayı çoxdur. Bir məsələ var ki, Almaniyadan idxal edilən maşınları sonrakı mərhələdə, ikinci əl olsa belə müəyyənləşdirmək imkanları var. Yaponiyadan, ABŞ-dan Dubaya idxal olunub, sonra isə Azərbaycana gətirilən və başqa-başqa ölkələrdə bir neçə dəfə istismar olunan avtomobillərin geri çağrılmasında isə problem olur. Çünki belə məqamda həmin maşınların harada olduğunu tapmaq çətinləşir. Ancaq ümumilikdə avtomobillərin geri çağırılması ənənəsinin olması yaxşı haldır. Çünki bu, risklərin qarşısını alır».

Ekspert onu da qeyd edib ki, detalda problem olanda istehsalçı şirkətlər həmin detalı istehsal edən şirkətlə əməkdaşlığı kəsə bilər: «Əməkdaşlığın kəsilməsi halları mümkündür. Ancaq burada da bir məsələ var. Bu problemi kim müəyyənləşdirir, detalı istehsal edən  şirkət, yoxsa həmin detalı alan avtomobil şirkəti? Bu da çox önəmlidir. Çünki bəzi hallarda standarta uyğun avtomobil istehsal olunur, lakin sonra müəyyən edilir ki, bu standartlar xeyli dərəcədə risklidir. Ona görə də problemin yaranma mənbəyi çox önəmlidir. Avtomobil şirkətləri də bu arqumentə əsasən qərar qəbul edirlər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *