vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9649 AZN
Rusiya rublu 1 RUB = 0.0260 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2393 AZN
Türk lirəsi 1 TRY = 0.2990 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
13:31 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsl hədəf İrandır»

Fələstinə qarşı Səudiyyə-İsrail-ABŞ ittifaqı?

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Səudiyyə Ərəbistanı ilə birlikdə Yaxın Şərdəki situasiyaya dair plan hazırlayır. Almaniyanın «Tagesspiege»l qəzetinin yazdığına görə, bu məsələ ən çox Fələstin rəsmilərini narahat edir. Fələstinlilər amerikalılarla səudiyyəlilərin hazırladığı planın onlara baha başa gələ biləcəyini düşünür.

«Səudiyyə Ərəbistanı ərəb dünyasında lider olmaq istəyir, lakin regional güc roluna iddia edən, özü də siyasi və dini məsələlərdə üstün olmağa çalışan bir dövlət mütləq Donald Trampın qərarını qınamalı idi. Ər Riyad isə sadəcə İsraili «sülh prosesini təhlükə altına qoyan məsuliyyətsiz addım atmaqla» tənqid etməklə kifayətləndi», - məqalənin müəllifi Kristian Böme yazır.

Bömenin fikrincə, bu Səudiyyə krallığının ABŞ-la Yaxın Şərq məsələsində eyni baxışlara sahib olması ilə əlaqədardır. Ağ Ev kimi Səudiyyə monarxiyası əsl düşmənlərinin Tehran olduğunu fikirləşir. Bu təhdidin aradan qaldırılması üçün onlara İsrail kimi eyni düşünən və İran rejiminə nifrət edən edən həmfikir lazımdır.

«Artıq neçə həftədir səudiyyəlilərin bölgədə dinc tənzimləmə ilə bağlı Vaşinqtonun təklif etdiyi konsepsiyanı müdafiə edəcəyi danışılır», -məqalədə qeyd olunur.

Müəllif bütün bu gəlişmələrin ən çox fələstinliləri narahat etdiyini bildirir:

«Onlar qorxurlar ki, bütün bunlar İsrailə bir çox güzəştləri özü ilə bərabər gətirəcək. Bunlardan biri Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olaraq müəyyən olunması perspektivinin birdəfəlik itirilməsi, habelə işğal olunan ərazilərdə yəhudi məskənlərinin saxlanılacağının təmin ounmasıdır.

Belə olan halda Fələstin sadəcə İordan çayının qərb sahilindəki suverenliyinin qalması ilə kifayətlənməli olacaq ki, Mahmud Abbas üçün bu tamamilə qəbuledilməzdir. Lakin bu Səudiyyə Ərəbistanını az maraqlandırır. Ər Riyad üçün ilk növbədə İranı vurmaq lazımdır, ona görə də məsələdə ABŞ və İsraillə birlikdə hərəkət etməyi də gözə alıblar», - alman jurnalist yazır.

Yazıda Səudiyyə krallığının yeni siyasi kursunun başında vəliəhd şahzadə Məhəmməd ibn Salman olduğu qeyd olunur.

«Məhəmməd ibn Salman Donald Trampın müşaviri Cared Kuşnerin yaxın dostudur. Prezidentin 36 yaşlı kürəkəni ABŞ-ın bölgədəki konsepsiyasını təsbit etdirmək üçün Yaxın Şərqə saysız səfərlər həyata keçirib. Bütün bunlar isə İsrailin maraqları nəzərə alınmaqla yürüdülür.

Həm də Kuşner və Benyamin Netanyahunun yaxın ailə bağlarını unutmamaq lazımdır», - məqalənin sonunda qeyd olunur.

«Qüdsü İsrail paytaxtı olaraq tanımaq sadəcə simvolik bir akt deyil, uzaq nəticələrə malik addımdır. Lakin Trampın bu gedişi heç başlamamış bir sülh prosesini indidən baltalamaqdan başqa bir işə yaramır», - «Süddeutsche Zeitung» qəzetindən Aleksandra Federl-Şmid yazır.

Kristian Böme kimi Aleksandra Federl-Şmid də bölgənin əsas ərəb dövlətləri sayılan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin artıq İsraili rəqib olaraq görmədiyini vurğulayır.

«ABŞ kəşfiyyatının vasitəçiliyi ilə İsrail və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları arasında bağlantılar təmin edilib. Həm israillilərin, həm də Səudiyyə ərəblərinin yalnız bir düşməni var - İran. İsrailin Suriyaya hava zərbələri endirməsi də Səudiyyə Ərəbistanının olduqca xoşuna gəlib», - məqalədə yazılır.

Yazıda Tramp və onun dostlarının İran körfəsində ərəblər və İsrail arasında strateji alyans qurmaqda oldqca maraqlı olduğu bildirilir.

«İsrail və və Fələstin arasında anlaşma yerinə artıq İsrail və ərəb ölkələri ilə meqasazişin imzalanmasından söhbət gedir», - Federl-Şmid yazır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *