vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
19:50 | 4 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2890 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident vergidən azad etdi

İlham Əliyev körpələr evi və uşaq bağçaları ilə bağlı sərəncam imzaladı

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanunu təsdiq edib.

Prezident Milli Məclisin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən başlayaraq, 10 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.

Maddə 2. Bu Qanunun 1-ci maddəsi ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi şəxslər digər fəaliyyətlə məşğul olduqda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun vergiyə cəlb olunurlar.