vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
21:08 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2333 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Niyə bu belədir?»

Kseniya Sobçak Putindən soruşub: «Müxalifətçi olmaq o deməkdir ki, səni öldürəcəklər və ya həbs edəcəklər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı günü illik mətbuat konfransı keçirib. Konfransda 1600-dən çox jurnalist qeydiyyatdan keçib.

Prezident Putinin mətbuat konfransında bu yaxınlarda Rusiya prezidentliyinə namizədliyini irəli sürmüş Kseniya Sobçak da auditoriya arasında olub, lakin jurnalist qismində.

Vladimir Putinə sual verdiyi zaman Kseniya bildirib ki, mətbuat konfransına «Dojd» telekanalının müxbiri kimi gəlib.

«Çünki, bu, sizə sual verməyin yeganə imkanıdır, axı siz debatlarda iştirak etmirsiniz», - Sobçak Putinə sualını bu kəlmədən başlayıb.

Kseniya Sobçak deyib ki, Rusiyada «müxalifət namizədləri seçkilərə ya buraxmırlar, və ya onlara problem yaradılır».

Kseniya Sobçak sualına belə davam edib:

- Aleksey Navalnı namizəddir. Ona qarşı qurama cinayət işləri qaldırılıb. Avropa Məhkəməsi ona qarşı çıxarılan hökmləri qanunsuz sayıb. Lakin Navalnı yenə də seçkilərə buraxılmır. İnsanlar anlayır ki, bu gün müxalifətçi olmaq o deməkdir ki, səni öldürəcəklər və ya həbs edəcəklər. Niyə bu belədir? Hakimiyyət rəqabətdənmi qorxur?

Putin Kseniya Sobçakın sualına cavab verərkən rusiaylı müxalifətçi Aleksey Navalnın adını çəkməyib:

- Bax, siz «Hamıya qarşı» şüarı altında gedirsiz. Bu nədir? Pozitiv hərəkət proqramıdır məgər? Bu gün müzakirə etdiyimiz problemlərin həlli üçün siz nə təklif edirsiz? Adlarını çəkdiyiniz personajlara (Aleksey Navalnı - red.) gəlincə isə, burada artıq Ukrayna barədə sual verilmişdi. Siz istəyirsiz ki, bizim meydanlarımızda onlarla ...Saakaşvili kimiləri qaçsın? Adlarını çəkdiyinizlər - elə həmin Saakaşvilidilər, amma onun Rusiya variantı. Siz istəyirsiniz ki, Saakaşvili kimilər ölkədə stabilliyi pozsun?

Daha sonra Vladimir Putin davam edib: «Mən əminəm ki, vətəndaşların əksəriyyəti bunu istəmir və buna yol verməyəcək. Rəqabət isə olmalıdır və şübhəsiz, olacaq. Hakimiyyət heç kimdən qorxmur».

«Biz Rusiyada ikinci Ukraynanın baş verməsini istəmirik. İstəmirik və buna yol verməyəcəyik», - Kseniya Sobçakın sualına prezident Putin cavabını bu sözlərlə bitirib.


Prezidentliyə namizəd Putin


Vladimir Putin mətbuat konfransında deyib ki, yeni prezidentlik müddətinə namizədliyini öz adından irəli sürəcək, yəni, bu, «Vahid Rusiya» partiyasının adından edilməyəcək.

«Bu, özünü (namizədliyini) irəlisürmə yolu ilə baş verəcək», - Putin deyib.

Mətbuat konfransının əvvəlində Putin deyib ki, onun seçkiqabağı proqramı artıq, demək olar kı, hazırdır, lakin sənədin təqdimatı üçün vaxt hələ yetişməyib.

«Mən, ölkənin inkişafına baxışlarımı bölüşən və mənə etibar edən siyasi qüvvələrin və vətəndaşların geniş dəstəyinə ümid edirəm», - Rusiya prezidenti əlavə edib.

Rusiyada prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini fərdi qaydada irəli sürən şəxs azı 300 min tərəfdarının imzasını toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Bununla yanaşı həmin namizədi dəstəkləyən və ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılmalıdır.

Qarşıdan gələn prezident seçkilərində iştirak etmək qərarını Vladimir Putin ilk dəfə olaraq dekabrın 6-da Nijni Novqorod şəhərində QAZ avtomobil zavodunun fəhlələri ilə görüşündə açıqlayıb.