vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0780 AZN
Rusiya rublu 1 RUB = 0.0300 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3571 AZN
Türk lirəsi 1 TRY = 0.4447 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
22:32 | 14 dekabr 2017 | Cümə axşamı Məqaləyə 174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Bunu Süleyman bilir ancaq

Kuşköy sakinləri bu dilin son danışanlarıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin mədəniyyət agentliyi olan UNESCO, Türkiyənin şimalında yaşayan Qara Dəniz kənd sakinlərinin danışdığı «quş dili»ni təxirəsalınmaz müdafiəyə ehtiyac duyan dünya irsinə daxil edib.

Giresun vilayətinin Çanakçı rayonunda təxminən 10 min insan bu dildə danışa bilir.

Sıldırım dağ relyefi üzərində yaşayan bu insanlar uzun məsafələrdə ünsiyyət qurmaq üçün yüksək inkişaf etmiş fit sistemini qurublar, UNESCO-nun qərar barədə press-relizində deyilir.

UNESCO bildirib ki, bu dilin məhv olmasının əsas səbəbləri arasında mobil telefonlardan geniş istifadəyə zaman ayrılmasıdır.

Türkiyənin mədəniyyət naziri Numan Kurtulmuş bu addımı alqışlayıb və «Twitter»də «bu mədəniyyət yaşadan Qara Dəniz sahili sakinlərinə» təbriklərini paylaşıb.

«Quş kənd» kimi tərcümə edilən Kuşköydə bu dil hələ də aktiv istifadə olunur, amma 50 il öncə bu dil Qara Dəniz sahili digər ərazilərdə - Trabzon, Rize, Ordu, Artvin və Bayburtda da məşhur idi.

Hazırda bu yerlərdə «bir neçə sözlə danışan çobanlar» quş dilindən istifadə edir, «Hürriyet» qəzeti yazır.

Kuşköy bu dili aktiv saxlamaq üçün hər il Quş Dili Festivalı keçirir və Quş Dili Mədəniyyət Assosiasiyasının rəhbəri Şərəf Kocek deyir ki, yerli əhali bu xəbəri «sevinclə, arzuları yerinə yetmiş kimi» qarşılayıb, Milliyyət qəzeti xəbər verir.

«2014-ci ildən etibarən quş dili kənddə ibtidai sinif səviyyəsində də tədris olunur», «Hürriyet» qəzeti bildirib.

Lakin UNESCO xəbərdarlıq edir ki, bütün dünyada dağlıq və meşəlik sahələrdə danışılan onlarla digər fit dilləri kimi Kuşköyün quş dilini də «zəruri mühafizə tədbirləri görülməzsə, qeyri-müəyyən gələcək gözləyir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *