vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ARAŞDIRMA  
18:35 | 15 dekabr 2017 | Cümə Məqaləyə 11950 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şah qanundur, yoxsa qanun şahdır?»

Şərqin inkişafı bitən yerdə Qərbin inkişafı başlayıb

Cavid AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Şah qanundur, yoxsa qanun şahdır?» - bu məşhur ifadə əslində dilimizə latıncadan gəlib. «Rex Lex» (Kral qanundur) və «Lex Rex» tarix boyu dindarlar və sekulyarlar arasında mübahisə mövzusu olub.

1500 və 1600-cü illərdə İngiltərə və Şotlandiyada Oliver Kromvel respublikası və monarxiya arasındakı mübarizə fonunda bu mövzu daha da qızışmışdı.

Yepiskop Tom Maksvelin «Sacro-Sancta Regum Magestas» (Hökmdarların İlahi müqəddəs idarəetmə haqqı) əsərinə cavab olaraq 1644-cü ildə «Lex, Rex» (Qanun kraldır) kitabını yazan Samuel Ruzerfordun həmin kitabı 1683-cü ildə yandırılmışdı. Bu kitab İngiltərədə yandırılan son kitab hesab edilir.

İngiltərədə kralpərəstlik elə həddə idi ki, Robert Filmer 1648-ci ildə «Az və ya qarışıq monarxiyadakı anarxiya» adlı kitab yazmışdı.

Yəni o, respublika bir qırağa qalsın, hətta yüngül monarxiyanı belə anarxizm hesab edir, kralların Allah tərəfindən göndərildiyinə, onların sözündə səhv axtarmamağa çağırırdı.

1682-ci ildə az tanınmış bir konstitusiya tərəfdarı olan Edvard Kuk «Argumentum anti-Normannicum» (Əks-Normandiya arqumenti) adlı bir kitab yazdı.

Bu şəkildə, yuxarıda saksonlar və normanlar müharibə edir. Səhnənin ortasında, yerdə Sakson kralı Harold ölü halda yatır. Aşağıda isə yeni kral Vilyam York yepiskopu tərəfindən taclandırılır.

Digər yepiskop tərəfindən ona «Coronation oath», yəni taxt-tac andı imzalatdırılır. «Britannia» - yəni İngiltərə dövləti - isə ona müqəddəs Eduard qanunları - yəni özündən əvvəlki kralın qanunlarını imzalatdırır.

Vilyam nə etmişdi? Fransadan - Normandiyadan - gəlib İngiltərəni işğal etmişdi, amma yenə də sakson qanunları ilə kral olmuşdu. Yəni ki, o işğal etdiyi ölkəni idarə etmək istəyirdisə, onun qanunlarına tabe olmalı idi. Qanun kraldan üstün idi.

Baş nazir Uinston Çörçilin eyni adlı ulu babası 1675-ci ildə yazırdı – «əslində Vilyam İngiltərəni fəth etmədi, ingilislər Vilyamı fəth etdi».

Qanuna, yoxsa krala tabe olmağın tarixi daha qədimə də gedə bilər. Məşhur Danyal peyğəmbər əfsanəsi bu haqda bizə ilk nümunələrdən birini verir.

Sasani şahı Dara Babili ələ keçirəndə Danyalı ölkənin ən güclü şəxslərindən və ən üstün vəzifəlilərdən biri təyin edir.

İran əyanları buna qıcıq olur və Daraya «30 gün ərzində məndən başqa hər hansı bir tanrıdan nəsə istəyən və dua edən şirlərə atılacaqdır» fərmanı yazdırırlar.

Danyalın Allaha ibadət etdiyini bildikləri üçün onu dua üstündə tuta bilirlər. Şah bunu öyrənəndə belə bir qanunu yazdığına çox əsəbiləşir, amma əlindən heç nə gəlmir, Danyal şirlərə atılır.

Gəlin, həmişəki kimi coğrafiyamıza və Azərbaycana baxaq. Orta əsrlərdə, hələ «şəriət»in bildiyimiz mənada şəriət olmadığı dövrlərdə, Ömər ibn Xəttab bir qrup gənci görür.

Gənclər şərab içərək əylənirmişlər. Ömər onlara yaxınlaşaraq deyir: «Mən sizə içməyi qadağan etdim, siz içirsiniz».

Gənclər cavabında Qurandan sitat gətirirlər: «Ey Əmirəlmöminin! Allah sənə gizlincə baxmamağı əmr edib, sən baxırsan! Allah sənə icazə almamış evə daxil olma deyir, sən daxil olmusan».

Xəlifə bu cavabdan utanır və heç nə demədən evi tərk edir. Zamanla xəlifələr və sultanlar şəriətə olan dəstəyi azaltmış, dini qanuna qarşı öz sekulyar qanunlarını qoymuşdular.

Avropada ruhanilərin basqısı ilə krallar astronomları və alimləri yandıranda, Şərqdə elmin inkişaf etməsinin səbəbi məhz sultanların və şahların həmin bu «alimləri» qoruması idi.

Bir az da, öz zövqlərinin qeydinə qalırdılar. Şərab içdiyinə görə öldürülən ərəb sultanı görməzsiniz.

Təsadüfi deyil ki, Avropada sekulyarizmin tarixi məhz Әndәlüslü alim İbn Rüşd ilə başlayır. O, Avropada Averroes kimi tanınır.

O deyirdi ki, Quran və hədislərdən əlavə Yunan filosoflarından da bəhrələnmək lazımdır, təkcə dindən qaynaqlanmaq olmaz.

Təsadüfi deyil ki, qatı dindar olan filosof Əl-Qəzalinin İbn-Rüşdə qarşı olan dinsizlik ittihamlarının eynisini ona qarşı Paris yepiskopu Stefan Tempyer də qeyd edirdi.

Tarixin yönü dəyişirdi. İnkişafın və sekulyarizmin nümayəndəsi olan İbn Rüşdün tələbələri Avropanı inkişaf etdirərkən Osmanlıda Bursalı Mustafa kimi alimlər Qəzalini müdafiə edirdi.

Yazının sonunda bir nəticəyə varırıq ki, «İslamın qızıl dövrü»nü əslində sekulyarizmə borcluyuq. Elə isə Avropanın yaxşını da, pisini də almağa hazır olmalıyıq.