vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
10:30 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2727 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«40 min nəfərə çatdırıldı»

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO Baş katibi Yens Stoltenberq alyansın çevik reaksiya qüvvələrini son üç il ərzində üç dəfə artırdıqlarını bəyan edib. Virtualaz.org xəbər verir ki, Stoltenberq bu barədə «Journal du Dimanche» nəşrinə müsahibəsində deyib.

«2014-cü ildə Ukraynada başlayan böhrandan sonra alyans son illərin ən ciddi hərbi mobilizasiyasını həyata keçirdi. Biz NATO-nun çevik reaksiya qüvvələrini üç dəfə-40 min nəfərə qədər artırdıq. Onlardan 5 mini bir neçə gün ərzində döyüşə hazırlığı vəziyyətinə gətirilə və mümkün hərbi əməliyyatlar zonasına göndərilə bilər», -Stoltenberq dəqiqləşdirib.

Baş katibin sözlərinə görə, NATO təlimlərin də sayını artırıb, Baltik regionunun hava məkanında patrul uçuşlarını intensivləşdirib.

Stoltenberq əlavə edib ki, alyans üçün kiberhücum ciddi təhlükə kəsb edir və bununla əlaqədar kiberməkanı hərbi məsuliyyət zonası elan etmək qərara alınıb. «Bu isə o deməkdir ki, ciddi kiberhücum NATO-nun kollektiv müdafiə barədə 5-ci bəndinin işə düşməsinə gətirib çıxara bilər», - Baş katib deyib.

Stoltenberq bütün bu tədbirləri, o cümlədən NATO-nun iki komanda məntəqəsinin yaradılmasını Rusiyanın aqressiv hərəkətləri ilə izah edib.