vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:23 | 19 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 4102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən Eldar Mahmudovun üzünə durmamışam»

Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib. «Akif Çovdarov həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşməyib, onunla üzləşdirilməyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib», - 12 il azadlıqdan məhrum edilmiş keçmiş MTN generalının vəkili Kamandar Nəsibov virtualaz.org-a bildirib.

Xatırladaq ki, bundan əvvəl saytlardan biri Akif Çovdarovun Mahmudovla üzləşdirildiyi və onun əleyhinə ifadə verməyə razılaşdığı haqda yazmışdı. Vəkil bildirir ki, onun müdafiə etdiyi şəxs barədə yayılan bu məlumat doğru deyil.

«Nə istintaq dövründə nə məhkəmə prosesində Akif Çovdarov Eldar Mahmudovun əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil. Mən jurnalistləri yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıram», - vəkil deyib.

Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.