vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:33 | 21 dekabr 2017 | Cümə axşamı Məqaləyə 2880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İldırım sürətli hücum planları

Rusiya Avropaya hərbi müdaxiləyə hazırlaşır - şok iddia

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya 100 min hərbçi ilə NATO-ya qarşı hücuma hazırlaşır. APA TV-nin məlumatına görə, bunu Almaniyanın «Bild» qəzeti yazıb.

İddiaya görə, Rusiya sentyabr ayında «Qərb 2017» hərbi təlimində terrorla mübarizədən çox NATO və Avropa ölkələrinə qarşı hücumu imitasiya edib.

Qəzet Qərb kəşfiyyat mənbələrinə istinadən Rusiyanın 100 min hərbçi ilə həyata keçirdiyi təliminin adının rəsmiyyətdə «terrora qarşı mübarizə» olsa da, daha çox müharibə planı olduğunu qeyd edir.

İddia olunan ssenariyə görə, bir neçə gün içində Baltik ölkələrinin alınması hədəflənir. Ardından təlimdəki simulyasiyada NATO üzvü Qərbi Avropa ölkələri - xüsusi ilə Polşa, Almaniya, Hollandiya və Skandinaviyaya - Norveç, Finlandiya və İsveçə ildırım sürətli hücumun edilməsi yer alır.

Qəzet Rusiya ordusunun NATO hərbçilərinin qarşılıq verməsini önləmək üçün də planı olduğunu yazır.

«Bild»ə danışan kəşfiyyatçılar, Rusiyanın müharibə başlayacağı halda İsveç və Finlandiyanın tərəfsiz qalmayacağını düşündüyünü, buna görə bu ölkələrə «İskəndər« raketləri ilə hücum planladığını deyib.