vaxtlı-vaxtında oxuyun! Cümə, 20 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.1043 AZN
Rusiya rublu 1 RUB = 0.0280 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.4138 AZN
Türk lirəsi 1 TRY = 0.4229 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
09:59 | 5 fevral 2014 | Çərşənbə Məqaləyə 1114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Terror hədələrinə qarşı əməliyyat

Ölkənin təhlükəsizliyini açıq təhdid edən radikal silahlı qüvvələrin zərərsizləşdirilməsi üçün şimal və şimal-qərb bölgələrində əməliyyat tədbirləri keçiriləcək

Teymur HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin müvafiq rəsmi qurumlarını hərəkətə gətirib. «Meşə Qardaşları», «Ceyşullah» kimi radikal silahlı qrupların adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurmaq məqsədi güdülür.

Eyni zamanda adıçəkilən təşkilatların əvvəllər Azərbaycanda terrorçuluq fəaliyyətlərinin olması və qətllər törətməsi hüquq-mühafizə orqanlarının yenidən fəallaşan bu radikal silahlı qruplarla bağlı əməli addımlar atmasını zəruri edib. «Yeni Müsavat»ın etibarlı mənbələrdən aldığı məlumata görə, yayılan bu xəbərlərlə yanaşı hüquq-mühafizə orqanlarına  bir sıra əməliyyat məlumatları daxil olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat tədbirləri  hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər.

Xəbərdə o da deyilir ki, «Meşə Qardaşları» və «Ceyşullah»ın hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal qruplar da var.

Bu əməliyyat çərçivəsində həmin qrupların da zərərsizləşdirilməsi, eyni zamanda azərbaycanlı gənclərin Suriyaya döyüşməyə göndərilməsi istiqamətində fəaliyyət göstərən qruplar və onların liderləri ilə bağlı da tədbirlər görüləcək.

Qeyd edək ki, gənclərin Suriyaya göndərilməsi məsələsi fevralın 3-də parlamentdə də ciddi şəkildə müzakirə olunub. Deputatların bir çoxu belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, vətəndaşlıqlarının ləğv edilməsi kimi sərt təkliflər irəli sürüblər.

Bundan başqa, son vaxtlar ölkənin dini məkanında gərginlik yaradılmasına, təriqətlər arasında savaş çıxmasına çalışan qüvvələrin də olduğu bildirilir. Bu məsələlər də ölkənin rəsmi qurumları tərəfindən narahatlıqla qarşılanır və aldığımız məlumatda həyata keçiriləcək tədbirlər bu cür qüvvələrin aşkarlanmasını da əhatə edəcək.

Bununla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər hesab edirlər ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə addımlar atması çox doğru olar və bu vacibdi. Ekspertlərin fikrincə, ölkəni, xüsusən də onun hüquq-mühafizə orqanlarını açıq təhdid edən radikal qruplara qarşı ciddi addımlar atılmalı və önləyici tədbirlər görülməlidir.

Qeyd edək ki, son günlərdə ard-arda «Meşə Qardaşları» və «Ceyşullah» Azərbaycana qarşı savaş elan etdiklərini,  hərbi əməliyyatlara başlamağa hazırlaşdıqlarını bildiriblər. Ümumi hədələrin ardınca isə «Meşə Qardaşları» Azərbaycan polisini hədəfə alaraq belə bir bəyanat yayıb: «Əməliyyat hazırdır. Polislərin evləri partladılacaq. Qəddar Azərbaycan polislərinə terror hazırdır. İlk hücumda 100-dək polis öldürüləcək».

«Yeni Müsavat» bu hədə bəyanatları ilə bağlı rəsmi qurumlardan mövqe öyrənməyə çalışıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmədi. 

Bundan əvvəl isə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev demişdi ki,  ölkənin milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Bu məsələ ilə bağlı əlavə məlumatlar olduqca, yayacağıq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *