vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
22:36 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin Navalnı ilə rəqabətdən qorxdu

Rusiya prezidentinin ötürməsini MSK «qolla» tamamladı; diktatura 1 - demokratiya 0

Xəqani CƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətin lideri Aleksey Navalnın prezident seçkisində iştirakına icazə verməyib. Müxalifət liderinin namizədliyini irəli sürmək üçün yaradılmış Təşəbbüs Qrupunun sənədləri dekbarın 24-də MSK-ya verilmişdi. MSK Navalnın üzərində çəkilməmiş məhkəmə hökmünün olmasını əsas gətirərək müxalifət liderinin namizədliyinin irəli sürülməsinə icazə verməyib. Ancaq bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin Navalnın mart ayında keçiriləcək seçkidə iştirakının əleyhinə çıxış edərək, bunu müxalifət liderinin ölkədə inqilab etmək niyyətində olması ilə izah etmişdi. Navalnını Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə müqayisə edən Putin müxalifətin ölkədə inqilab etməsinə imkan verməyəcəklərini çox qəti şəkildə bəyan etmişdi.

İndi MSK-nın Navalnın üzərində çəkilməmiş məhkəmə hökmünün olmasını əsas gətirərək müxalifət liderinin namizədliyinin irəli sürülməsinə icazə verməməsi isə sadəcə Putinin siyasi qərarına hüquqi don geyindirməkdən başqa bir şey deyil. Çünki, Rusiya Federasiyasının Konstitusiyasına görə yalnız cəzaçəkmə müəssisələrində olanlar seçkidə iştirak edə bilməz. Digər tərəfdən Avropa İnsan Haqqları Məhkəməsi də Navalnın seçkidə iştirak hüququnun olduğu haqqında qərar verib. Bütün bunlara baxmayaraq MSK-a saxta bəhanələrlə müxalifət liderinin seçkidə iştirakına imkan vermədi.

Navalnı seçkini boykot edəcəklərini, bütün Rusiya boyu etiraz aksiyası keçirəcəklərini bəyan edib. Müxalifət lideri seçiciləri tətil etməyə də çağırıb.

Müxalifət liderinin seçkidən kənarda qalması Rusiyanı vətəndaş müharibəsinə daha da yaxınlaşdıracaq.