vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
23:59 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 664 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyalılar ildə 10 milyon hindtoyuğu yeyir

Ölkənin 87 faizi Milad gününü bu nemətlə qeyd edir

«The Sun» qəzeti yazır ki, Britaniyada dekabrın 25-i - Milad günündə qoyun, qaz və donuz əti pərəstişkarlaırnı çıxmaqla əksəriyyətin masası üstündə hindtoyuğu olur.

Bəzi statistik məlumatlara görə, 2017-ci ilin Miladında da britaniyalıların 87 faizi bayram yeməyi kimi bu quşun adını çəkiblər.

Bəs görəsən britaniyalılar Milad günündə niyə məhz hindtoyuğu yeyirlər?

«The Sun» yazır ki, bu ənənə çox güman bir yorkşirli kişidən başlanıb.

Təxminən 500 il bundan əvvəl - 1526-cı ildə Uilyam Strikland (William Strickland) adlı bir şəxs Amerika hindularından 6 hindtoyuğu alıbmış.

O, Amerikada aldığı bu ev quşlarını Britaniyaya gətirməzdən əvvəl ada sakinləri bayramlarda yalnız qaz, qaban başı, toyuq və hətta qırqovul yeyərmişlər.

Buna görə də 16-cı əsrdə ölkəyə gəlmiş bu quşun dadına ilk dəfə kral 8-ci Henrix baxıb.

Sonralar kral 7-ci Edvard hindtoyuğunu populyarlaşdırıb.

«The Sun» yazır ki, ticarətdən yaxşı başı çıxan britaniyalılar bu quşun sərfəli olduğunu dərhal başa düşüblər. Hindtoyuğu həm böyüklüyünə görə ailələri bayramlarda tam doyuzdurur, digər tərəfdən toyuqları və mal-qaranı kəsməkdən xilas edirdi. Əvəzində evlərin südü və yumurtası da bol olurdu.

İndiki statistikaya görə, Britaniyada ildə 10 milyon hindtoyuğu yeyilir. Bu da bəllidir ki, britaniyalıların 25 faizi hindtoyuğunu Miladdan bir ay əvvəl alıb buzxanada saxlayır. Belə, ucuz başa gəlir, əlbəttə.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *