vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
XADİM  
10:33 | 5 fevral 2014 | Çərşənbə Məqaləyə 4039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aqil Səmədbəylinin istefa səbəbi

«Ziddiyyətlərdə tərəf olmaq istəmədim»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Milli Şurada istədiyim formada birlik təmin edilmədi. İki aparıcı partiya AXCP və Müsavat arasında atışma ziddiyyət səviyyəsinə gəlib çıxdı. Mən seçkidən sonra Türkiyədə «Çırağan» sarayında Cəmil Həsənli ilə keçirdiyimiz görüşdə də narahatlığımı dilə gətirmişdim».

Bu barədə mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni, İctimai Palata Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli Publika.Az –a açıqlamasında Milli Şuradan çıxmasının səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, qarşıdurma nəticəsində Müsavat Milli Şuradan getdi, təbii ki, bu normaldır: «Lakin bundan sonra AXCP ilə Müsavat tərəfdarları arasında münasibətlər az qala düşmənçilik həddinə çatdı. Bu, qıraqdan insana daha pis təsir edir. Münasibətlərin qaydaya düşəcəyini gözləyirdim. Amma Rəsulzadənin 130 illik yubileyində, hətta onun yadigarı sayılan Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal Bakıda ola-ola təşkilatlar Məhəmməd Əminin hüzuruna bilikdə gedə bilmədilər. Özlüyümdə qərara gəldim ki, bir-biri ilə bu səviyyədə münasibətləri olan tərəflərdən hansınınsa yanında qalmağım doğru olmaz. Bu ziddiyyətlərdə tərəf olmaq istəmədim».

A. Səmədbəyli vurğulayıb ki, Milli Şura yalnız AXCP-dən ibarət deyil. Lakin o, AXCP-nin qurumda aparıcı güc olduğunu da inkar etmir: «Bu partiyanın Müsavatla münasibətlərinin bu cür olması məni üzdü. Bu hala təəssüfləndim və münasibətlərin düzələcəyi haqqında ümidlərim puç oldu. Çünki Rəsulzadə bizim dəyərimizdir, demokratik cümhuriyyətin qurucusu və simvoludur. Belə şəxsin doğum günündə onun abidəsini bir yerdə ziyarət etmək mümkün deyilsə, deməli, bu münasibətlər çox dərinə gedib. Ona görə də mən tərəf olmaqdan çəkindim».

O, qardaşı Arzu Səmədbəylinin Müsavatın rəhbərliyində təmsil olunması və qərarına bu amilin də təsirsiz ötüşməməsi ehtimalına cavabında deyib ki, qardaşı Müsavatda olsa da, olmasa da, istefa verəcəkmiş: «Çünki söhbət Arzu Səmədbəylidən getmir. Müsavat ana müxalifət partiyasıdır. Bu partiya ilə Azərbaycanın aparıcı partiyalarından olan AXCP arasında ziddiyyətlərdən söhbət gedir. Hər ikisi Azərbaycan Xalq Hərəkatından çıxmış təşkilatlardır, onların bugünkü münasibətləri xoşagəlməz hərəkətlərdir». 

A. Səmədbəyli qeyd edib ki, o, İP-dən də ayrıla bilər.»Əgər İP-də də belə bir mənzərə yaransa, bu qurumdakı fəaliyyətimi də dayandırmalı olacam» – deyə o diqqətə çatdırıb.