... Sürücünü bıçaqladı
Biznesmen Mustafayev «Range Rover»lə avtobusun qarşısını kəsdi, ...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü «Range Rover»lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. Virtualaz.org xəbər verir ki, «Range Rover» sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.
Nevsk rayonu, Oktyabrsk küçəsi, 63 nömrəli binanın qarşısında «Range Rover» avtobusun qarşısını kəsib, prestijli xarici avtomobilin sürücüsü avtobus sürücüsünü sükan arxasından dartıb çıxarıb və ona bıçaqla iki zərbə endirib. Avtobos məktəbəliləri Peterburqun «Su muzeyi»indən Leninqrad vilayətinin Kirovsk rayonuna geri qaytarırmış. Və azərbaycanlının sürücünü bıçaqlaması məktəblilərin gözü qarşısında baş verib. İnsident zamanı avtobusda Kirovsk şəhərinin 1 nömrəli orta məktəbinin 24 şagirdi olub.
Avtobusun sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu bıçaqlayan azərbaycanlının kimliyi müəyyən edilib, polis həmin şəxsi axtarır. Məlumata görə «o898mo78» nömrə nişanlı, şabalıdı rəngli «Range Rover» Peterburqun 44 yaşlı sakini Mustafayevə məxsusdur. O, Leninqrad vilayətinin Vıborsk rayonunun Yaşino qəsəbəsind qeydiyyatdadır. Fərdi sahibkarlıqla, bəzi məlumatlara görə yükdaşımalarla məşğuldur, onun adına 20-dən çox aztonnajlı yük avtomobili qeydiyyatdadır. Habelə Mustafayev metal tullantıları və təkrar emal materiallarının ticarəti ilə də məşğuldur. 2009-cu ildə Rusiya vətəndaşlığı alıb və müntəzəm olaraq Azərbaycana uçur.