vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏHİYYƏ, ORDU  
13:33 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

General-polkovnik yeni qərargahın və saxlancların açılışında

Müdafiə naziri daha bir hərbi hissədə şəxsi heyətlə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.

Hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra Müdafiə naziri burada yaradılan şəraitlə tanış olub.

General-polkovnik Zakir Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran Müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək  xidmətdə fərqlənən hərbçilərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.