vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
23:49 | 26 dekabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2979 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda zabit əsgəri vəhşicəsinə döydü

Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan ordusunun əsgəri öz zabiti tərəfindən vəhşicəsinə döyülüb. Ölümcül halda hospitala aparılan əsgər əməliyyat olunub. Ordu.az xəbər verir ki, dekabrın 22-də faktla bağlı Tavuş vilayət məhkəməsində zabit Mihran Voskanyanın işi üzrə proses keçirilib.

Voskanyan Ermənistan ordusunun Tavuş vilayətindəki hərbi hissələrindən birində komandir müavini işləyib. O, 2016-cı il dekabrın 16-da, saat 17:00-da xidməti vəzifəsini yerinə yetirən əsgər Mikayel Minasyana qarşı zor tətbiq edib.

Erməni zabit əsgər Minasyanı vəhşicəsinə döyərək ona dalağın subkapsular hematomunun qırılması, daxili qanaxma ilə nəticələnən, həyatına təhlükə yaradan xəsarətlər yetirib.

2016-cı il dekabrın 17-də Minasyan təcili əməliyyat olunub, onun dalağı götürülüb.

Voskanyana qarşı bilərəkdən sağlamlığa ağır zərər vurma, tabeliyindəki şəxsə qarşı zorakılıq etmə və ya zorakılıqla təhdid etmə maddələri ilə cinayət işi açılıb.