vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
16:28 | 27 dekabr 2017 | Çərşənbə Məqaləyə 2650 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

Qardaş ölkəyə mavi yanacaq satışında liderlik qonşu ölkəndədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Cari ilin oktyabr ayında Türkiyə 4,137 milyard kubmetr qaz idxal edib. APA xəbər verir ki, qardaş ölkə ötən ilin analoji ayı ilə müqayisədə oktyabrda qaz idxalını 19,7 faiz artırıb. Ötən ilin oktyabr ayında qaz idxalatı 3,641 milyard kubmetr təşkil edib.

İdxalın 3,641 milyard kubmetri boru xətlərinin, 495 milyon kubmetri LNG-nin payına düşüb.

Oktyabrda Türkiyə Rusiyadan 2,178 milyard kubmetr qaz idxal edib ki, bununla da şimal qonşumuz liderliyini qoruyub.

Hesabat ayında Türkiyə İrandan 581 milyon kubmetr, Azərbaycandan 463 milyon kubmetr qaz idxal edib.

Ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə 5,256 milyard kubmetr qaz ixrac edib.

Qeyd edək ki, sentyabrda Türkiyə Azərbaycandan 519 milyon kubmetr qaz alıb.

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 milyard 479,87 milyon kubmetr qaz ixrac edib.