vaxtlı-vaxtında oxuyun! Cümə, 20 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.1043 AZN
Rusiya rublu 1 RUB = 0.0280 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.4138 AZN
Türk lirəsi 1 TRY = 0.4229 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
16:36 | 27 dekabr 2017 | Çərşənbə Məqaləyə 529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zəmanət mexanizmi imkan verəcək ki, …»

Vüsal Qasımlı: «Bu addım bank sektorunu böhrandan çıxaracaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bank sektoru iqtisadi durğunluqdan geri dönüş edə bilib. Bunu İqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, artıq bank sektorunda böhranın dərinləşməsindən danışmaq olmaz: «Bütün parametrlər üzrə göstəricilər müsbətə doğru dəyişmək istiqamətindədir. Kardinal dəyişikliklərin olduğu deyə bilməsək də, amma bütün göstəricilər-portfelin, dollarlaşmanın səviyyəsi, kredit həcmi müsbətə doğru irəliləyir».

V.Qasımlı hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti maliyyə-bank sektorunun böhrandan tam çıxmasına, bu sektorda bütün gözləntiləri 2018-ci ildə doğrultması istiqamətində böyük irəliləyişə səbəb olacaq: «Banklar artıq kredit verərkən daha az risk antipatiyası ilə üzləşdiklərinə görə və dövlət kredit subsidiyalarının hesabına əlverişli faizlərlə kreditləri sahibkarlara təqdim edirlər. Digər tərəfdən, zəmanət mexanizmi imkan verəcək ki, girovla bağlı çətinlikləri bağlı məsələlər öz həllini tapsın».

O bildirib ki, ipoteka kredit zəmanət sistemi seçilən çox uğurlu bir nümunədir: «2018-ci ildən artıq bu fəaliyyətə başlayandan sonra maliyyə-bank sektoru iqtisadiyyatın çağırışlarına cavab verə biləcək. İlk növbədə maliyyə resurslarının mobilizasiya olunub  iqtisadiyyatın real sektoruna ötürülməsini təmin edəcək».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *