vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
16:41 | 27 dekabr 2017 | Çərşənbə Məqaləyə 3120 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təyyarə biletləri bir az da ucuzlaşacaq»

Nazir: «Atılan addımlar davam etdiriləcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Birinci Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyon manatdan çox idisə, ikinci festivalın ümumi dövriyyəsi isə 33 milyon manatdan artıq oldu».

VAXT.AZ xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının fəaliyyətə başlamasından bir illiyi münasibəti ilə təşkil olunan tədbirdə deyib.

Nazir bildirib ki, ötən müddətdə Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər görülüb: «Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb».