vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
13:30 | 28 dekabr 2017 | Cümə axşamı Məqaləyə 3114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həqiqəti əks etdirmir»

Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbərini təkzib etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.


***

13:30

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub.

Əldə olunan məlumata görə, buna səbəb kimi F.Abdullazadənin külli miqdarda pul mənimsəməsi faktı göstərilir.

Qeyd edək ki, bir müddət öncə F. Abullazadənin keçmiş vergilər naziri Fazil Məmmədova 1 milyon dollar borcunun olduğu barədə məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, F.Abdullazadə Administrasiyada işlədiyi vaxtlarda F.Məmmədovdan (onda vergilər naziri idi)  1 milyon dollar borc alıb və bu günə kimi də həmin borcu qaytarmayıb.

Hətta F.Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra F.Məmmədov nazir olmağına baxmayaraq borcunu geri ala bilməyib. F.Abdullazadənin «imkanım yoxdur» deyərək borcunu qaytarmaqdan imtina etdiyi bildirilir.

Belə görünür ki, vəzifədən uzaqlaşdırılan F. Abdullazadədən borcunu geri ala bilməyəcəyini sabiq nazir artıq gözə alıb və məhkəməyə də müraciət etməyib.

Fatma Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.

Fizika-riyaziyyat elmləri doktoru olan xanım Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. (modern.az)