vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0780 AZN
Rusiya rublu 1 RUB = 0.0300 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3571 AZN
Türk lirəsi 1 TRY = 0.4447 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
17:44 | 28 dekabr 2017 | Cümə axşamı Məqaləyə 343 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaxın Şərq köhnə şər ocağı qaynayır

Minlərlə şiə döyüşçüsü İsrailə yaxınlaşır, İranla müharibə təhlükəsi var...

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriya qoşunları İranın dəstəklədiyi şiə yaraqlılarının dəstəyi ilə ölkədə Bəşər Əsəd rejiminə qarşı çıxan üsyançıların sonuncu anklavına doğru hücuma keçib.

Virtualaz.org «Reuters»ə istinadən xəbər verir ki, ölkənin cənub-qərbində-İsraillə sərhədə yaxın bölgələrdə şiddətli döyüşlər gedir. Suriya ordusu və şiə yaraqlıları Hermon dağlarının Suriya hissəsini üsyançılardan almaq uğrunda hərbi əməliyyatlar aparır, bu döyüşlərdə Livandakı «Hizbullah» qruplaşması və digər iranyönümlü silahlı birləşmələr əsas rol oynayır.

Agentlik «Livaa əl-Furhan» müxalif qruplaşmasının nümayəndəsinə istinadən bildirir ki, İran Dəməşqlə İsrail arasında ərazini özünün maraq zonasına çevirmək istəyir. Mənbələr xəbər verir ki, İsraillə sərhədə yaxın Kuneytra bölgəsində cəbhənin digər istiqamətlərindən səfərbər edilmiş minlərlə şiə döyüşçüsü cəmləşdirilib. Onlara qarşı yerli islamçılar və Azad Suriya Ordusunun dəstələri müqavimət göstərir.

İranın dəstəklədiyi qüvvələrin öz sərhədləri, yaxud işğal altındakı Qolan təpələri yaxınlığında fəallaşması ilə bağlı İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisinə hava reydlərini artırıb. Əsasən İran və onun maraqları ilə bağlı olan obyektlərə zərbə endirilir.

İsrailin nüfuzlu «Haaretz» qəzeti isə özünün bugünkü reaksiya məqaləsində qeyd edir ki, Suriyadakı müharibənin əsas qalibi İran hesab edilə bilər. Çünki İran bu müharibə sayəsində İraq və Suriya ərazisindən keçməklə Aralıq dənizinə qədər quru dəhlizinə (yaxud «şiə dəhlizi») nəzarət edir. İranın hazırda Suriyada hərbi-hava və hərbi-dəniz bazaları var. «Bu, Yaxın Şərqdə formalaşmış, prinsipcə yeni reallıqdır və İsrail hökuməti bu reallıqla barışa bilməz», - qəzet yazır.

Məqalədə deyilir ki, bundan əvvəl İsrailin göz yumduğu bütün strateji dəyişikliklər, məsələn, Livanda «Hizbullah»ın güclənməsi və Qəzzada «Həmas»ın hakimiyyətə gəlməsi sonda müharibəyə gətirib çıxarıb. Və İsrail bu müharibələrdən birmənalı qalib kimi çıxmayıb.

İranyönümlü qüvvələrin Suriyada yeni düzülüşü İsrailin «raket blokadasına» alınması strategiyasına xidmət edir. Hansı ki, İran lideri Xamneyi yəhudi dövlətinin məhv edilməsi üçün bunu etibarlı üsul sayır. «Gec-tez Tehran Suriya münaqişəsi nəticəsində əldə etdiyi strateji üstünlüyündən yararlanmaq istəyəcək. İsrail də özünə gələ və Suriyada özünün qadağan xəttini müəyyən edə bilər. Bu və ya başqa cür situasiya İran-İsrail birbaşa hərbi toqquşmasına gətirib çıxaracaq-Suriya yaxud Livan ərazisində», - məqalədə bildirilir.

Qəzet hesab edir ki, bu yerüstü müharibədə İsrail qələbə qazana bilər. Davamlı döyüşlərdən sonra «Hizbullah» əsgərlərinin çoxunu və nəzarət etdiyi əraziləri itirəcək. Bununla belə İsrailin arxa cəbhəsi də ciddi zərər çəkəcək. Çünki Livanda cəmləşdirilmiş raketlərin az hissəsi belə İsrail dinc sakinlərinə qarşı istifadə edilsə ciddi itkilərə səbəb olacaq. Suriya və Livanda şiə yaraqlılarının nəzarətində olan raketlər yüksək dəqiqliyə malikdir, İsrail ordusu onların hamısını vurub sala bilməyəcək.

Lakin qəzet hesab edir ki, İsrail ordusunun bütün uğurlarına baxmayaraq müharibə yəhudi dövlətinin birmənalı qələbəsi ilə başa çatmayacaq. Arxa cəbhəyə endirilən zərbələr ordunun uğurlarını neytrallaşdıracaq. Müharibənin başa çatmasından sonra regionda qüvvələr balansı dəyişməyəcək, İsrailin çəkindirmə sistemi daha güclü olmayacaq. Dünya  İsrail ordusunun «Hizbullah»ın mövqeləri üzərində qaldırdığı bayrağı deyil, Təl-Əvivdə raketlərin dağıtdığı çoxmərtəbəli binaları və həlak olmuş dinc vətəndaşların cəsədlərini görəcək. Ona görə də bu müharibənin strateji nəticəsi ora sərf edilən qüvvə və itkilərlə müqayisədə əhəmiyyətsiz olacaq.

Məqalədə deyilir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün çəkindirmə formulunu kardinal şəkildə dəyişdirmək lazımdır. Hazırda İsrail bəyan edir ki, əgər mümkün müharibədə onun mülki hədəflərinə zərbələr endirilsə cavab olaraq Livanın mülki infrastrukturu dağıdılacaq.

«Lakin bu, Tehranda heç kimin vecinə olmayacaq. Bütün qərarlar isə Beyrutda deyil, məhz Tehranda qəbul olunur. Əgər Livanda xristianların, sünnilərin, hətta şiələrin qazı, suyu, işığı olmayacaqsa iranlılar buna görə göz yaşı tökməyəcəklər. Suriya müharibəsində İran nümayiş etdirib ki, Livan onun üçün silah anbarından başqa bir şey deyil. Tehranı ancaq onun ünvanına birbaşa hədələrlə çəkindirmək olar. İsrail aydın bildirməlidir ki, əgər «Hizbullah»la müharibədə onun arxa cəbhəsi zərər görəcəksə İran neftinin ixrac edildiyi bütün infrastruktur dağıdılacaq», - İsrail qəzeti bildirir.

«Haaretz» qeyd edir ki, İsrailin bunu etməyə texniki imkanları var və İranı ancaq bu təhdid çəkindirə bilər. «İranın yönləndirdiyi «Hizbullah»la müharibənin qarşısını almaq lazımdır, bu müharibə İsrail üçün heç bir strateji məna kəsb eləmir», - qəzet vurğulayır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *