vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
13:55 | 1 yanvar 2018 | Bazar ertəsi Məqaləyə 4439 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu səhv idi»

ABŞ komandanı: «Tramp Obamanın yanlışını təkrarlamayıb İran etirazlarına güclü dəstək verməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ ordusunun qəaragah rəislərinin birləşmiş Komitəsinin keçmiş rəhbəri, nüfuzlu komandan Maykl Mallen prezident Donald Trampı İran etirazlarına daha güclü dəstək verməyə və «Obamanın 2009-cu ildə yol verdiyi səhvi» təkrarlamamağa çağırıb.

İstefada olan admiral Mallen deyib ki, 2009-cu ildə prezident Obama İran etirazçılarına daha güclü dəstək verməli idi, lakin bunu etmədi. İndi etirazların İran yenidən bürüdüyü bir vaxtda prezident Tramp daha güclü dəstək nümayiş etdirməlidir.

«Biz o vaxt mümkün olandan daha az dəstək verməyi qərara aldıq. Bu səhv idi», - admiral Mallen ABC telekanalına müsahibəsində 2009-cu ildə prezident seçkilərindən sonra İranda başlamış «yaşıl inqilaba» Obama administrasiyasının münasibətini xatırladaraq deyib.

«Mən ümid edirəm ki, biz indi İranın inkişafına dəstək verə bilərik. Onların olduqca gənc nəsli var. İranlılar gələcəyə baxırlar və gələcəyin olmadığını görürlər. Onlara dəyişikliklər və sağlam iqtisadiyyat vəd etmişdilər. Ancaq etirazlar göstərir ki, bu vədlər yerinə yetirilməyib»-admiral bildirib.

Maykl Mallen 2007-2011-ci illərdə birləşmiş qərargah rəisləri Komitəsinə rəhbərlik edib, həm Buş, həm Obama administrasiyasında işləyib.

 

***


22:15

İran prezidenti Həsən Ruhani ölkən bürümüş etirazlarla bağlı televiziya ilə xalqa müraciət edib. Prezident bildirib ki, etiraz aksiyalarında iştirak etmək iranlıların konstitusion haqqıdır. «Lakin tənqidi zorakılıqlardan fərqləndirmək lazımdır, etirazlar və tənqid zorakılıqlarla, dövlətin əmlakına zərər vurulması ilə müşaiyət olunmamalıdır», - Ruhani bildirib.

İran prezidenti deyib ki, vətəndaşların çoxunun İrandakı, eləcə də regiondakı vəziyyətin mürəkkəbliyini başa düşdüyünə inanır, onların milli maraqlar çərçivəsində hərəkət edəcəyini gözləyir.

 

***

 

21:13

İranda dekabrın 28-də yumurtanın kəskin bahalaşmasına etiraz olaraq Məşhəd şəhərində başlayan, sırf sosial və iqtisadi xarakterli iqtisadi aksiyalar sürətlə məcrasından çıxıb. Virtualaz.org xəbər verir ki, bu gün dekabrın 31-nə olan məlumatlara əsasən ölkənin onlarla şəhərlərini, o cümlədən paytaxt təbrizi bürüyən , miqyası genişlənməkdə olan aksiyalarda artıq siyasi tələblər irəli sürülür, hətta dini rejimin getməsi və dünyəvi hakimiyyətin qurulması tələbləri səslənir.

Və hadisələrin bu cür inkişafı İranda başlayan etiraz dalğasının sonuncu belə miqyaslı etirazlardan-2009-cu il prezident seçkilərindən sonra başlayan aksiyalardan fərqli olduğunu göstərir. Çünki həmin nümayişlərdə dini rejimin və ali dini liderin əleyhinə indiki kimi açıq çağırışlar səslənmirdi.

Xəbər verildiyi kimi asayiş qüvvələri artıq nümayişçilərə qarşı silah işlədirlər və son məlumatlara görə azı beş nəfər ölüb. İran hakimiyyəti isə nümayişçilərə polisin yox, təxribatçıların atəş açdığını bildirir. İran hökuməti bu gün dekabrın 31-də etirazçılara xəbədarlıq edib ki, Doroud şəhərində iki adamın ölümünə gətirən qanun pozuntularının «hesabını verəcəklər».

«Fərda» Radiosunun məlumatına görə, Tehran unuversiteti yanında dekabrın 30-da etirazçılar «Seyyid Ali Khamenei, sənə ar olsun!» – şüarı qışqırıblar. «Reuters»in məlumatına görə isə, şüarlar arasında «Yaşasın Rza şah» kimi şüarlar da var. (Hərçənd Rza şah sağ deyil və devriləndən bir il sonra-1980-ci ildə mühacirətdə ölüb) Tehranda cümə namazlarına başçılıq edən Əhməd Hatəmi belə şüarlara görə, cəzalandırmağı tələb edib.

Hökumət sözçüsü Məhəmməd Bager Nobəxt isə televiziya ilə çıxışında deyib ki, yeni ildə İranda 830 min yeni iş yeri yaradılacaq. Hazırda İranda 3 milyon 200 mnin rəsmi işsiz var. İranda etirazlar yumurtanın və toyuq ətinin bahalanmasına etirazlardan başlayıb. Daha sonra bütün İrana yayılan etirazlarda siyasi şüarlar da səslənir. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi isə 1979-cu il İslam İnqilabı ilə devrildi.

Xəbərlərə görə İranda yaranmış dramatik vəziyyətə görə sabah parlament fövqəladə yığıncaq keçirəcək. Prezident Həsən Ruhaninin isə yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilirdi.

Hələlik İran aksiyalarının arxasında kimlərin dayandığı haqda birmənalı qənaət yoxdur. Bu etiraz dalğası ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı spontan olaraq da başlaya bilərdi, lakin bir çox müşahidəçilər hadisələrin arxasında ABŞ və İsrailin dayana biləcəyini təxmin edirlər.