vaxtlı-vaxtında oxuyun! Cümə, 27 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0771 AZN
Rusiya rublu 1 RUB = 0.0276 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3749 AZN
Türk lirəsi 1 TRY = 0.4159 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
19:43 | 3 yanvar 2018 | Çərşənbə Məqaləyə 711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ehtiyatlı olmalıyıq»

Politoloqlardan İrandakı aksiyalarla bağlı çağırış

Nəzrin CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda baş verən etiraz aksiyalarına Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu və politoloq Zərdüşt Əlizadə münasibət bildirib.


Etiraz aksiyaları iranlıları xoşbəxtliyə aparmır


Sərdar Cəlaloğlu açıqlamasında qeyd edib ki, bu mübarizənin sonunda İranda insanlar daha ağır şərtlərlə köləlik vəziyyətinə düşə bilər.

«İran rəhbərliyi ölkədə birbaşa Quranın əmrlərinin icra olunduğunu və bu ölkənin Quranla idarə olunduğunu iddia edirlər. Əgər bu gün İranda yaranmış vəziyyət zülm səviyyəsinə qalxıbsa və vətəndaşlar üsyan həddinə gəlibsə, birinci növbədə İran rəhbərləri xalqla birlik olaraq sübut etməlidirlər ki, onlar doğurdan da Quranın şərtlərinə əməl edirlər.

İslam Respublikasında hakimiyyət zülmə etiraz edən xalqın yanında olmalıdır, qarşısında yox. Və xalqla birgə zülmü yaradan həm daxili, həm də xarici qüvvələrə qarşı mübarizə aparmalıdır.

İran rəhbərliyinin eirazçılara qarşı kəskin addımlar atması doğru qarşılanmır, çünki, özləri də etiraf edir ki, İranda vəziyyət olduqca ağırdır. İşsizlik əvvəlki illərə nisbətən artıb və s . Yəni Ruhani özü də etiraf etdi ki, bu etirazların səbəbləri var. Deməli İran rəhbərliyi də xalqa bu zülmü edənlərə - rüşvətxor və korrupsionerlərə qarşı çıxmalı və birgə mübarizə aparmalıdırlar. Baxmayaraq ki İran islam dövlətidir, guya Quranla idarə olunur, lakin zülmə məruz qalanlara qarşı zülm etdiklərinin şahidi oluruq. Etirazçılar həbs olunur, güllələnir, öldürülür və s. Bu tamamilə dinlə idarə olunan respublikanın məntiqinə ziddir».

ADP sədri onu da deyib ki, İranda baş verən bu etirazlara heç bir xarici qüvvə tərəfindən müdaxilə olunmamalıdır.

«Bu gün İsrail və Amerikanın İranın daxili işlərinə qarışması, dəstək verməsi, guya İranda etirazlarla bağlı bəyanatları bizə «Ərəb Baharı» və onun ağır nəticələrini xatırladır. Amerika, guya elə o vaxtlarda bir sıra ərəb ölkələrində ayağa qalxan xalqın yanında oldu. Amma hadisələrdən sonra o bölgələrdəki nəhəng dağıntıların, sosial rifah halının 100 dəfələrlə aşağı düşdüyünün, xalqların parçalandığının, mədəniyyətlərin məhv olduğunun, dünya müharibəsi səviyyəsinə gəlib çıxdığının şahidi olduq. Yəni faktiki olaraq, etiraz heç də xalqı ağ günə çıxara bilmir. Xüsusən də xarici qüvvələrin dəstək verdiyi tarixi hadisələr sübut edir ki, heç bir ölkədə bu xalqı xoşbəxt gələcəyə aparmır. Məsələn Ukraynanın vəziyyəti Avropanın verdiyi dəstəklə necə nəticələndi?

Ukrayna əvəzində bir hissəsini itirdi, bir hissəsinə də faktiki olaraq nəzarət edə bilmir. Və Ukrayna Rusiya ilə müharibəyə cəlb olundu. İndiki halda da İran vətəndaşları bir şeyi başa düşməlidirlər ki, yəhudilər və başqa xarici güclərin dəstəyinə ümid edirlərsə, bu dəstək onları xoşbəxt gələcəyə aparmaq üçün atılan addım deyil. Çünki bundan əvvəlki bütün nümunələr bunun əksinin sübutudur.

Belə bir fikir var ki, azadlıq enerjisi kifayət qədər güclü olmayan xalqlar azadlıq mübarizəsinə qatıldıqda daha ağır şərtlərlə kölə olurlar. Bu gün İranda baş verən etirazlar yalnız sosial-iqtisadi səbəblərə bağlı olduğuna görə, bu mübarizənin sonunda İran camaatı daha ağır şərtlərlə köləlik vəziyyətinə düşə bilər».

Politoloq Zərdüşt Əlizadə isə deyib ki, daha bəsdir bu rüşvətxorları inkubator cücələri kimi böyüdüb xalqın üstünə yeritmək: «Təbii ki, bu etirazların da qarşısı alınacaq. Nəzərə alın ki, hakimiyyət xalqın 10 minlik mitinqlərinə qarşı 100 minlik qüvvə ilə çıxış edir».

 

Qonşu dövlətdir, İrandakı hadisələr Azərbaycana da təsir göstərə bilər

 

O qeyd edib ki, İran xalqının İsrail və Amerikanı qane edən şüarlarla çıxış etməsi 1942-ci ildə Stalinqradda keçirilən «almanlara qarşı hücumu dayandırın» şüarlı mitinqlərə bənzəyir.

«Əvvəla onu demək lazımdir ki, İran ən qədim və ən güclü dövlətlərdən biridir. İndi İranda yenə etirazlar başlayıb. Eirazçıların da bir neçə tələbləri vardır. Tələblərdən ən əsası rüşvətxorlara qarşı çıxılmasıdır. Bu tamamilə haqlı tələbdir və İranın Prezidenti Həsən Ruhani deyib ki, vətəndaşların öz etirazlarını bildirərək tələb etməyə qanunla haqları var və hakimiyyətin borcudur ki, bu tələbləri eşidərək onları icra etməyə çalışsın.

İranın xarici siyasətindəki uğurlar ilk növbədə İsraili və Amerikanı qəzəbləndrir. Hamıya bəllidir ki, İsrail və Amerika müsəlman dünyasına təcavüz edir, müsəlmanların hüquqlarını tapdalayır, qarət edib dağıdırlar və belə olan halda İran öz xarici siyasəti ilə xarici təcavüzə cavab verir.

Fələstinlilərin hüquqlarını gündə min dəfə pozan İsrail indi İrandakı əhalinin hüquqlarının pozulmasından narahatlığını bildirir. Müsəlman dünyasını qırıb dağıdan Amerika Prezidenti Tramp isə bildirir ki, İranda dəyişiklik edilməyin vaxtı çoxdan gəlib çatıb».

Zərdüşt Əlizadənin sözlərinə görə, rüşvətxorları himayə edən istənilən quruluş mütləq məhv olacaq.

«Mən hesab edirəm ki, bu nümayişlərin obyektiv səbəbləri vardır və bu səbəblər nəzərə alınmalıdır. Rüşvətxorlar istər yüksək vəzifəli məmur olsun, istərsə din xadimi və ya sadə vətəndaş, hansı ölkədə olmasından asılı olmayaraq ciddi cəzalandırılmalıdır. Əks halda bu üsuli-idarə məhvə məhkumdur. Və əgər islami rejim öz rüşvətxorlarını müdafiə etsə, o da dağılmağa, məhv olmağa məhkumdur.

Nəzərə alsaq ki, biz İranla qonşuyuq və Azərbaycan xalqının 3-də 2 hissəsi İranda yaşayır, deyə bilərik ki, Azərbaycandakı hadisələrin İrana təsiri kimi, eynən oradakı hadisələr də bizim ölkəyə təsirsiz ötüşməyəcək». (modern.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *