vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:30 | 4 yanvar 2018 | Cümə axşamı Məqaləyə 2916 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Husilər blokadaya alındı

Səudiyyə Yəməndə xüsusi əməliyyatla qiyamçıların əsas təchizat yolunu bağladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı Yəməndə husiləri blokadaya alıb. APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, üsyançıların əsas təchizat xətti kəsilib.

Həmin istiqamətlərdən husilərin nəzarətində olduğu Taiz və Hodeyda şəhərlərinə silah və digər yardımlar göndərilirdi. Ər-Riyad dəfələrlə yardımların İrandan edildiyini iddia edib.

Həmin istiqamətin nəzarətə götürülməsi üçün xüsusi əməliyyat keçirilib və xeyli husi üsyançısının məhv edildiyi bildirilir.

Xatırladaq ki, husilər Yəməndə 2014-cü ildə üsyan edərək ölkənin xeyli hissəsini ələ keçirib. Onlar prezident Əbd Rabbu Mansur Hadini devirib və keçmiş dövlət başçısı Əli Abdullah Salehlə ittifaqa giriblər. Ötən ilin noyabrında isə üsyançılarla Saleh arasında münaqişə yaşanıb və eks-prezident öldürülüb.