vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
18:41 | 5 yanvar 2018 | Cümə Məqaləyə 3039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öz nikahına gecikənlərə 229 manat cərimə

Əldə olunan məvacib xadimələrin əməhaqqına əlavə olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Times» qəzeti yazır ki, öz toylarına gecikən gəlinlərin əlindən boğaza yığılmış bir İngiltərə keşişi belələrini 100 funt sterlinq (indiki məzənnə ilə 229 manat) cərimə edəcək.

Kentdəki Müqəddəs Xaç Kilsəsinin keşişi Con Korbin (John Corbyn) elan edib ki, kəbin mərasiminə 20 dəqiqədən artıq gecikən bəy və gəlin 100 funt sterlinq (220 manat) cərimə olunacaqlar.

Keşiş bildirir ki, onun məqsədi evlənənləri cərimə etmək deyil və bu cərimələr kilsədə təmizlik işi görən 20-dək xadiməyə paylanır.

«The Times» yazır ki, indiyədək cərimə olunanların əksəriyyəti kilsədən və keşişin xidmətindən razı qalıblar.

Con ataya gəldikdə isə o, ilk dəfə deyildir ki, xəbər başlıqlarına çıxır.

2003-cü ildə keşiş Korbin demişdi ki, çiyni və sinəsi açıq geyinmiş gəlinlərin kəbinini kəsməyəcək.