vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SAĞLAMLIQ  
20:29 | 5 yanvar 2018 | Cümə Məqaləyə 829 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kompüter oyunları xəstəlik kimi qəbul edilə bilər

Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Kompüter oyunlarından asılılıq Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən ilk dəfə olaraq psixi pozuntu kimi qəbul edilə bilər. Xəstəliklərin 11-ci Beynəlxalq Təsnifatına (İCD) «oyun pozuntusu» xəstəliyi də daxildir.

İlkin sənədlərdə bu yeni xəstəlik, «digər həyati maraqlar üzərində» üstünlüyə malik olmaqla, daim və ya vaxtaşırı oyun oynamaq davranışı kimi izah olunur.

İCD-nin son variantı 1992-ci ildə hazırlanıb, yeni variantı isə 2018-ci ildə dərc olunmalıdır.

Məlumatlarda deyilir ki, anormal oyun davranışı barədə diaqnoz qoymaq üçün ən azı 12 ay ərzində oyun oynamağa dair sübutlar olmalıdır. Hərçənd ki, «əgər simptomlar ağır olarsa», bu müddət azaldıla bilər.

Simptomlara daxildir:

 

Oyun oynamağın tezliyi, intensivliyi, müddəti

Oyunların üstün tutulması

Mənfi nəticələrə baxmayaraq, oyunun davam etdirilməsi

 

Bir çox ölkələr bu yeni xəstəliklə mübarizə aparır. Məsələn, Cənubi Koreyada hökumət yaşı 16 yaşından az olan uşaqlara gecə 12-dən səhər 6-dək onlayn oyunlar oynamağı qadağan edən qanun qəbul edib.

Yaponiyada oyunçular hər ay müəyyən edilmiş vaxtı keçərlərsə xəbərdarlıq alırlar. Çində isə Tencent şirkəti isə uşaqların ən populyar oyunlarına giriş müddətini məhdudlaşdırıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *