vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ENERGETİKA  
20:47 | 5 yanvar 2018 | Cümə Məqaləyə 2882 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

377 milyona yaxın idxal

Ukraynanın aldiği neftin 85,2 faizi «Azərlayt»ın payına düşür

MÖVZU İLƏ ƏLAQƏLİ

2017-ci ildə Azərbaycan Ukraynaya 376,877 milyon dollarlıq neft ixrac edib. Ukrayna KİV-ləri xəbər verir ki, ötən il Ukrayna ümumilikdə 442,219 milyon dollarlıq 1 milyon ton neft idxal edib.

Bu idxalın 376,877 milyon dolları Azərbaycan, 37,707 milyon dolları İran, 17,504 milyon dolları Qazaxıstan, 10,131 milyon dolları isə digər ölkələrin payına düşür. Bildirilir ki, Ukraynanın 2017-ci ilin dekabrında idxal etdiyi neftin böyük hissəsi - 43,510 milyon dolları Azərbaycanın payına düşür.

Qeyd edək ki, 2016-cı ilin sonunda «Ukrtransneft» və «Ukrtatnafta» şirkətləri arasında «Azərlayt» markalı neftin 2017-ci ilin əvvəlindən «Şimal» (Odessa) terminalından «Kremençuqskiy» neft emalı zavoduna nəqli ilə razılıq əldə olunub. 2017-ci ilin martın 10-dan isə Azərbaycan neftinin «Şimal» (Odessa) terminalından «Kremençuqskiy» neft emalı zavoduna nəqlinə başlanılıb.