vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:53 | 5 fevral 2018 | Bazar ertəsi Məqaləyə 3425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aprelin 11-də ...

Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin dekabr ayında Milli Məclis növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qaydalara dəyişiklik edib.

Bu dəyişiklik Seçki Məcəlləsində həyata keçirilib. Belə ki, Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinin əvvəlki variantına əsasən növbədənkənar prezident seçkiləri barədə qərar verilərsə Mərkəzi Seçki Komissiyası (MSK) bu seçkini elan edildikdən sonrakı 3 ay ərzində keçirməliydi. Lakin yeni varianta əsasən bu müddət iki aya (60 gün) endirilir. Yəni indiki halda prezident növbədənkənar seçkilər barədə qərar verərkən həmin dəyişikliyə əsaslanıb.

 

***

 

11:10

Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. (AzərTAc)