vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
14:45 | 8 fevral 2018 | Cümə axşamı Məqaləyə 2537 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağda eskalasiya gözləyirik»

Ermənistanın hakim dairələrindəkilərin gözləntiləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Kommersant» qəzeti Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Ermənistanda yeni konstitusiya əsasında həyata keçirilcək hakimiyyət dəyişiklikləri ilə demək olar eyni vaxta təsadüf edəcəyinə diqqəti cəlb edir. Belə ki, aprelin 18-də Ermənistan parlament üsul-idarəçiliyinə keçəcək. Prezident Serj Sərkisyanın baş nazir postuna keçəcəyi gözlənilir. Simvolik posta çevriləcək prezidentliyə isə onun həmfamili-Ermənistanın Londondakı səfiri Armen Sərkisyanın parlament çoxluğu tərəfindən seçilməsi planlaşdırılır.

Qəzet qeyd edir ki, Azərbaycandakı növbədənkənar seçkilərdə prezident İlham Əliyevin qalib gələcəyinə şübhə yoxdur. Və ehtimal edilir ki, hər iki münaqişə tərəfində təxminən eyni vaxtda baş verəcək bu siyasi hadisələr Qarabağa dair hansısa aralıq qərarın qəbulu ilə bağlı ola bilər. Bu qənaəti qəzetlə erməni siyasi texnoloq Vigen Akopyan bölüşüb. Akopyana görə iln birinci yarısında hər iki ölkədə liderlərin seçkisinin keçirilməsi tərəflərə imkan verə bilər ki, Dağlıq Qarabağ münaqişəsinə dair «yüksək dərəcədə legitimlik tələb edən» hansısa aralıq qərarlar qəbul etsin.

Yeri gəlmişkən Azərbaycanda növbədənkənar seçkilərin təyin edilməsinin Qarabağa dair hansısa güzəştlərlə bağlı ola biləcəyinə dair versiyanı bundan əvvəl Azərbaycanda deputat Rasim Musabəyov da irəli sürmüşdü.

Lakin Ermənistan hakim dairələrindəki yüksək rütbəli mənbə «Kommersant»la söhbətində «daha az optimist» olduğunu deyib və bildirib ki, əksinə, Dağlıq Qarabağda yeni eskalasiya gözləməyə meyllidir.

Hərçənd «Kommersant»ın Bakıda və İrəvanda söhbətləşdiyi digər mənbələr növbədənkənar seçkilərin Qarabağa dəxli olmadığı qənaətindədir.