vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1060 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3763 AZN
Türk lirəsi 1 TRY = 0.4519 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
16:16 | 9 fevral 2018 | Cümə Məqaləyə 347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat mərhum atasının bütün əmlakını adına keçirib?

Anası Şəmkir icra başçısının sabiq müavini Sona Əliyevadan şikayət etdi, sonra ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Şəmkir kənd seçki dairəsindən deputat, həmin rayonun icra hakimiyyəti başçısının müavini olmuş Sona Əliyeva barədə saytlardan birində sensasion şikayət yer alıb. Şikayətçi isə özgəsi yox, deputatın anası Bəşirə Əliyeva idi.

Belə ki, «AzPolitika» portalına müraciətində deputatın anası qızının ünvanına ciddi ittihamlar irəli sürüb. Qadın deyib ki, qızı onun ərinin-Şəmkirdə biznes fəaliyyəti ilə məşğul olan və bu yaxınlarda vəfat edən Sakit Əliyevin bütün əmlakını ələ keçirib. Bu əmlakdan qardaşlarına və anasına heç nə buraxmayıb.

Həmin xəbərdə deyilirdi ki, S.Əliyevanın atası Sakit Əliyev Şəmkirin tanınmış iş adamlarından, nüfuzlu ağsaqqallarından biri olub. Sayt yazıb: «Bu yaxınlarda uzun sürən xəstəlikdən sonra vəfat edən S.Əliyevin xeyli malı-mülkü qalıb. Nə qədər qəribə də olsa, bu gənc xanım atasının mal-mülkünə təkbaşına sahib olmaqdan ötrü, ailəsinin rayondakı hörmətini, uzun illər ərzində qazandıqları ad-sanı, eləcə də deputat kimi özünün nüfuzunu zərbə altında qoymaqdan çəkinməyib. İşi o səviyyəyə gətirib ki, anası və qardaşı Sona Əliyeva tərəfindən qəsb edilən haqlarını geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Ancaq bu da deputatı öz yolundan döndərməyib. O, səhvini anlamaq və ailəsinin haqqını özünə qaytarmaq əvəzinə «mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz» deyə, bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə «ağlını itirməkdə» ittiham edib, onu evindən qovub. Millət vəkilinin gözüyaşlı anası Bəşirə xanım Əliyeva «AzPolitika.info»ya müraciət edərək, bütün bunlar haqda ətraflı danışıb. «Məni aldadıb, etibarımdan sui-istifadə edərək rəhmətə gedən həyat yoldaşımın bütün mirasına təkbaşına yiyələnib», - deyə Bəşirə xanım deputat qızından şikayətlənib».

Sayt anons edib ki, Bəşirə Əliyevanın şikayətini bütün təfərrüatları ilə daha sonra oxuculara çatdıracaq. Ancaq bu təfərrüatlar dərc edilməyib, hərçənd xəbəri bir çox saytlar dərhal tirajlayıblar.

Sona Əliyevanın atası Sakit Əliyev Şəmkirdə «Sərxan» otelinin, «Murovdağ» şadlıq sarayının və bir çox digər kommersiya daşınmaz əmlakın sahibi olub. Bu mülkləri onun oğlu Asif Əliyev idarə edirdi.

Gözləmək olardı ki, deputat Əliyeva anasının onun ünvanına irəli sürdüyü həmin ciddi ittihamlara münasibət bildirəcək. Lakin deputat bir neçə gün sükut nümayiş etdirib. Nəhayət bu gün Sona Əliyeva anasının adından yazılanları «uydurma» adlandırıb.

«Mən hazırda xaricdəyəm. Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək», - deputat «Qafqazinfo» portalına bildirib.

Sona Əliyevanın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev isə «Qafqazinfo»ya açıqlamasında artıq problemin həll edildiyini deyib: «Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *