ABŞ Rusiya hərbçilərini bombaladı
Böyük müharibə hər an başlaya bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
Suriyada ABŞ-ın döyüş təyyarələrinin Deyr-ez-Zor əyalətində Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə endirdiyi zərbələr ABŞ-Rusiya xəttində gərginliyi yüksəldə bilər.
Türkiyə KİV-i xəbər verir ki, zərbələr nəticəsində ölən döyüşçülər arasında biri polkovnik olmaqla 3 Rusiya hərbçisi var.
Qeyd edək ki, fevralın 7-də Suriya ordusunun tərəfində vuruşan döyüşçülər Deyr-ez-Zor əyalətində minaatanlar və reaktiv yaylım atəş sistemlərdən, həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiyanın helikopterlərindən atəşə tutulub. Məlumata görə, rejim tərəfdarları hökumət qoşunlarının postlarına atəş açan terrorçuların məhv edilməsi üçün keçmiş neft emalı zavodu istiqamətində kəşfiyyat-axtarış hərəkətlərini icra edirdi.
Bir başqa iddiaya görə, Suriya ordusunun tərəfində vuruşan döyüşçülər, həmçinin İrandan olan hərbçilər ölkənin ən zəngin neft yataqlarına malik olan bölgədə portativ körpülərin köməyilə Fərat çayının şərqinə keçib. Onların ümumi sayının təxminən 500 nəfər olduğu deyilir. PKK/YPG qüvvələrini müdafiə edən ABŞ təyyarələri rejim tərəfdarı qüvvələrə aviazərbələr endirib. Hücum nəticəsində 100-dən çox döyüşçü ölüb.
Qarşıdurmanın Suriyanın ən zəngin neft yataqlarına sahib olmaq uğrunda mübarizə olduğu bildirilir. Rusiyanın Müdafiə Nazirliyinin dünənki açıqlamasında da deyilir ki, ABŞ-ın Suriya ordusu tərəfində vuruşan güclərə atəş açması onun İŞİD-lə mübarizə apardığını deyil, bu ölkənin iqtisadi aktivlərini ələ keçirmək istədiyini göstərir.
«Baş verən hadisə növbəti dəfə nümayiş etdirdi ki, İŞİD beynəlxalq terror qruplaşması ilə mübarizə ABŞ güclərinin Suriyanın ərazisində qanunsuz mövcudluğunun davam etdirilməsinin həqiqi hədəfi deyil. ABŞ-ın hədəfi Suriya Ərəb Respublikasına aid olan iqtisadi aktivləri öz nəzarəti altına almaq və saxlamaqdır», - idarədən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə həftəlik mətbuat konfransında bildirib ki, ABŞ tərəfindən hazırlanan təhlükəsiz zona İŞİD döyüşçülərinə hökumət qüvvələrindən gizlənməyə kömək edir.
«Suriyanın cənubunda Tanf bölgəsində öz bazası ətrafında təktərəfli qurduğu 55 kilometrlik təhlükəsizlik zonası İŞİD-in sağ qalan döyüşçülərini Suriyanın hökumət qüvvələrindən gizlədir. İŞİD döyüşçüləri burada yenidən qruplaşma və çöl bölgələrinə yenidən sızmaq üçün silahlanma imkanı qazanırlar», - o, deyib.