vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
19:39 | 11 fevral 2018 | Bazar Məqaləyə 4475 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ» həm xal itirdi...

... həm də pul

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasında 2017/2018 mövsümünün 3-cü dövrəsi heç-heçələrlə başladı. İstər Zirədəki, istərsə də Suraxanıdakı oyunda qalib müəyyənləşmədi, bu da liderlər qrupunda vəziyyətin dəyişməməsinə səbəb oldu.

Turnir cədvəlinin ilk 4 pilləsindəki komandalar xal bölməklə mövsümün qalan hissəsində qiyabi mübarizədə vəziyyəti dəyişməyə çalışacaqlar. Avropa Liqasına düşmək uğrunda mübarizə aparan «Sumqayıt» üçün bu nəticə sərfəlidir. 4-cü yeri qənimət bilən Samir Abbasovun yetirmələri hətta ilk hissədəki oyunuyla qələbəyə də layiq idi.

1:1 «Zirə»nin tam ürəyincə olmamalıdır, komanda evdə xal itirdi. Lakin startdakı bərabərlik məğlubiyyətdən daha yaxşıdır. Heyətdə ciddi dəyişikliklər var və komandanın əsl gücünü irəlidəki turlarda görəcəyik.

Turun mərkəzi oyununda isə ümumiyyətlə, qol vurulmadı. «Qarabağ» matç boyunca daha «dişli» görünsə də, «Qəbələ» qapısını toxunulmaz saxlaya bildi. Bu nəticə 2 lider arasındakı 6 xallıq fərqin davam etməsinə şərait yaratdı.

Oyun göstərdi ki, ağdamlıların çempionluq titulunu qorumaq ehtimalı yüksəkdir. Komandaların heç biri güclənməsə də, «Qarabağ»ın oyunçu arsenalı daha zəngindi. Bir sıra futbolçuların zədəli olması fonunda da, meydan sahibləri diktə edən tərəf idi. «Qəbələ» isə heç-heçə üçün oynayan, qorxaq təsir bağışlayan kollektiv kimi görünürdü. Hücum xəttində sıxıntısı hiss olunan əyalət klubunda yarımmüdafiə də rəqibin təzyiqi qarşısında aciz görünürdü. Bununla belə, Roman Qriqorçuk əsas heyətin özəyini qoruyub ki, bu da sonadək mübarizə aparmağa imkan verəcək.

«Qarabağ» bu matçda təkcə 2 xal itirmədi. Yəqin ki, AFFA İntizam Komitəsi kluba azarkeşlərin davranışı üzündən cəza da kəsəcək. Hakimləri yersiz təhqir edən fanatlar meydana xeyli yad əşya atdı, petard yandırdı. Bu isə klubu yersiz cəriməyə məruz qoyacaq.