vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1060 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3763 AZN
Türk lirəsi 1 TRY = 0.4519 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
19:45 | 10 fevral 2018 | Şənbə Məqaləyə 319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu oyunda sadəcə, qol çatışmadı»

Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə «Qəbələ» ilə qolsuz bərabərə qalan «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Q.Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qaldım. Meydanda çox düşündülər. «Qəbələ»yə isə gələn oyunlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq.

 

- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?

- Futbol elədi ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudur. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi oyunçular da var ki, onlara vaxt lazımdı. Təəssüf ki, hələ onda alınmır. Ona inamım böyükdür. Əsas odu, onda istək var.

 

- Bir də, oyundan sonra azarkeşlərlə nə danışdız?

- Azarkeşlərimizi həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı uşaqlar «Qurban, Qurban» deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

 

- Qışda komandaya transfer etmədiz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq ki?

- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdü, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.

 

- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiz?

- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu yaxşı dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.

 

- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiz?

- Xeyr.

 

- Köməkçiniz Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədir?

- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, lazım olduqda 8 saat da işləməlidir. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdir ki, bu gün burdayıq, sabah burda olmaya bilərik.

 

- «Qarabağ»ın aşağı yaş qruplarında çalışa bilər?

- Bildiyim qədər onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdı. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar ondan sonra bu barədə danışa bilərik.

 

- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var?

- Gələcəkdə özünü yaxşı göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə hər bir gənc futbolçu nəzarətimizdədir.

 

- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?

- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *