vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
13:12 | 12 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2524 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25 raketə cəmi bir F-16?

İranla mümkün müharibəyə hazırlıq məşqində İsrail aviasiyası yaxşı qiymət aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail Həbi Hava Qüvvələri ötən həftə fevralın 10-da Suriyadakı «İran hədəflərinə» kütləvi aviazərbələrdə iştirak edən F-16 qırıcısının vurulmasına dair ilkin təhqiqatın nəticələrini açıqlayıb. Virtualaz.org xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin qərargah rəisi, briqada generalı Tomer Bar «İran pilotsuz kəşfiyyat təyyarələrinin mobil idarəetmə məntəqəsinin məhv edilməsi» missiyasında iştirak edən F-16 qırıcısının raketə tuş gələrkən 3 min metr yüksəklikdə manevr etdiyini açıqlayıb.

General bildirib ki, missiyada iştirak edən təyyarələrə (cəmi 8 F-16 qırıcısı) tərəf Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən dalbadal 25 raket buraxılıb. S-200 və «Buk» zenit-raket komplekslərindən buraxılan raketlərdən biri F-16 qırıcısının yaxınlığında partlayıb, qəlpə pilot kabinəsini zədələyib və komandiri yaralayıb. Araşdırma göstərib ki, ekipaja təyyarənin raket hədəfində olduğu barədə xəbərdarlıq siqnalı göndərilib, lakin onlar həmin vaxt yerüstü hədəfləri izləməklə məşğul olduğundan bu siqnala fikir verməyiblər və raketdən yayınmaq üçün zəruri manevr etməyiblər. Digər qırıcılar isə çevik manevrlər edərək raketlərdən yayınıblar. Zədələnən qırıcı idarəedilməz vəziyyətə düşdüyü üçün komandir və şturman katapult ediblər. Bildirilir ki, xüsusi komissiya pilotların və komanda mərkəzinin hərəkətlərini ayrıca təhlil edəcək.

Vurulan təyyarənin şturmanı isə İsrail TV-lərinə bildirib ki, onlar partlayış səsi eşidiblər və təyyarənin vurulduğunu başa düşüblər. «Bu uzun proses deyil, vaxt yoxdur, cəmi bir neçə saniyə vaxt olur. Biz başa düşdük ki, təyyarəni tərk etməliyik, çünki yaralanmışdıq və təyyarə idarəedilməz vəziyyətdə idi», - pilot deyib.

Şturman bildirib ki, raket təyyarənin bir neçə metrliyində partladı və qəlpələr ona ciddi xəsarət yetirdi. «Bəxtimiz gətirdi, partlayış çox güclü idi və bizi öldürə bilərdi», - o deyib.

İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Amikom Norkin Hayfa xəstəxanasında yaralı pilot, mayor A.-nı ziyarət edib və onun katapult etməklə düzgün qərar verdiyini deyib. Komandan bildirib ki, pilot bununla həm öz həyatını, həm şturmanı xilas edib.

2006-cı ildən bəri İsrail aviasiyası ilk dəfədir döyüş şəraitində F-16 təyyarəsini itirir. Təyyarənin vurulmasını Suriyada, İranda və Livanda az qala bayram kimi qeyd ediblər. Hərçənd Suriya Hava Hücumundan Müdafiə vasitələrinin effektivliyinin də yüksək olmadığı aydındır. Çünki sovet istehsalı olan və Rusiya tərəfindən modernləşdirilmiş zenit-raket sistemlərinin buraxdığı 25 raketdən cəmi biri hədəfə yaxın partlayıb. Qalan təyyarələr isə raketlərdən yayına bilib. Bu, İsrail F-16 qırıcılarının raket hücumlarına qarşı müasir radar sistemləri ilə təchiz olunmasının nəticəsidir.

Ümumiyyətlə, ötən həftə İsrailin Suriyaya endirdiyi kütləvi hava zərbələri İranla mümkün müharibə zamanı yəhudi dövlətinin aviasiyasının necə işləyəcəyinə dair məşq də hesab edilə bilər. Hərçənd İran Rusiyadan daha müasir zenit-raket sistemləri olan S-300 PMU «Favorit» komplekslərini alıb. Bununla belə məlumdur ki, İsrail aviasiyasının bu komplekslərin də müdafiəsini dəf edə biləcəyi Kiprdə keçirilən təlimlər zamanı sübut olunub.