vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:47 | 12 fevral 2018 | Bazar ertəsi Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ya düzələcək, ya da tamamilə pozulacaq»

Türkiyə XİN başçısı ABŞ-la əlaqələrindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir». «Report» xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya gözlənilən səfərini şərh edərkən deyib.

XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir: «Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa, bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq».

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.