vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
12:54 | 15 fevral 2018 | Cümə axşamı Məqaləyə 2608 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan silah alan «yandı»?

ABŞ-ın İrəvandakı səfirliyindən xəbərdarlıq gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın İrəvandakı səfirliyi ötən gün bəyanatla çıxış edərək bildirib ki, sanksiya siyahısına düşən Rusiya hərbi sənaye şirkətləri ilə sövdələşmələr bağlayan xarici şirkətlərə və hökumətlərə qarşı da sanksiyaların tətbiq edilməsi mümkündür.

«Biz bir sıra ölkələrin hökumətlərini və özəl şirkətlərini xəbərdar etmişik ki, sanksiya siyahısına daxil edilən Rusiya şirkətləri ilə sövdələşmələrin bağlanması halında onlara qarşı da sanksiyaların tətbiq edilməsi mümkündür»-səfirliyin «Aykakan jamanax» qəzetində dərc edilmiş bəyanatında bildirilir.

ABŞ-ın məhz Ermənistandakı səfirliyi üzərindən belə xəbərdarlıq yayması dərhal belə qənaət formalaşdırıb ki, mesaj daha çox İrəvana yönəlib. Çünki ötən ilin dekabrında Ermənistan Rusiyadan silah almaq üçün ikinci güzəştli kredit müqaviləsi (100 milyon dollar) imzalayıb. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənilir ki, Ermənistan güzəştli kredit hesabına «Msta-S» özüyeriyən qaubitsaları, «Solntsepyok» TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər.

«Digər ölkələrin Rusiyadan silah və hərbi-kəşfiyyat vasitələri almasını məhdudlaşdırmaqla biz bu ölkəni beynəlxalq miqyasda destablizasiyaya və neqativ təsirə sərf edilə biləcək gəlirlərdən məhrum edirik», - ABŞ səfirliyi bildirib.

Bundan əvvəl Ermənistanın maliyyə naziri Vardan Aramyan demişdi ki, sanksiya riski var. Onun sözlərinə görə, İrəvan üçün problemli situasiya yaranarsa Amerika tərəfdaşları ilə danışıqlar aparıla bilər.

Rusiyadan silah alan ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın ABŞ-ın sanksiyalarına məruz qala biləcəyi haqda ötən ay «Amerikanın səsi»inə müsahibəsində Amerikanın Xarici Siyasət Şurasının analitiki Stiven Blank da bildirmişdi. Analitik hesab edir ki, Rusiyadan fəal şəkildə silahlar alan Azərbaycan və Ermənistan «sürprizlərlə qarşılaşa bilər» və sanksiyaların hətta hökumətlərə qarşı tətbiqi də mümkündür.